"Bu insanlar heç vaxt Azərbaycan xalqının tərkib hissəsi ola bilməyiblər" - SƏDR MÜAVİNİ AÇIQLADI
"Radikal müxalifətin davranışlarında prinsip etibarilə Azərbaycan ictimaiyyəti üçün təəccüblü heç nə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün bütün əhəmiyyətli və önəmli dövrlərdə xalq və dövlətimiz üçün bu qrupa daxil olan insanların mövqeyi hər zaman Azərbaycanın əleyhinə çıxış etməkdən ibarət olub: "Onlar tərəfindən ortaya qoyulan, səsləndirilən fikirlər indiki şəraitdə bilavasitə Ermənistanı mahiyyət etibarilə xilas etməyə çalışan regionda sülhün və əmin-amanlığın yaranmasına mane olan, bölgədə öz siyasi maraqlarını qorumağa çalışan, xarici dairələrin sifarişi ilə həyata keçirilən siyasətdir. Bu insanlar heç vaxt Azərbaycan xalqının tərkib hissəsi ola bilməyiblər. Bununla da bir daha hiss olunur ki, bu kateqoriyadan olan insanların nə xalqımıza, nə də dövlətimizə bir aidiyyatı var”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB