Ermənistanda Paşinyan əleyhinə aksiya keçirilir

Ermənistanda Paşinyan əleyhinə aksiya keçirilir

Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə aksiya keçirilir. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycana qarşı təxribat zamanı öldürülən hərbçilərin yaxınları və müxalifət nümayəndələri Milli Məclisin binasına bütün girişləri bağlamaq niyyətindədirlər. Parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq hazırda davam edir.

Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, müxalifət qüvvələrinin nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə