Azərbaycan 2020-ci ildə Ermənistan üzərində böyük Zəfər çaldı. Bu gün hələ də bu Zəfəri həzm edə bilməyənlər var. Bu səbəbdən Ermənistan tərəfi mütəmadi olaraq təxribatlar törədərək atəşkəs rejimini pozur. Dünən gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə, şəxsi heyət arasında itkilər olub hərbi infrastrukturumuza ziyan dəyib. SİA Ermənistan tərəfinin bu təxribatçı əməlləri ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:
Şəhər sakini İlyas Ağakişiyev: "Ermənilər ömür boyu bizə qarşı kinli olublar. Onlar çox yaxşı başa düşürlər ki, bu torpaqlar onların deyil. Amma buna baxmayaraq onlar təxribatçı əməllərindən əl çəkmirlər. Dünənki hadisələr də ermənilərin necə mənfur bir xalq olduğunu bir daha sübut etdi. Amma hələ də başa düşə bilmirlər ki, onlar torpaqlarımızın bir qarışını belə işğal edə bilməyəcək".
Şəhər sakini Gülnarə Ələkbərova: "Ermənilər əzəldən bəri bizim paxıllığımızı çəkib. Ümumiyyətlə, türk-müsəlman dövlətlərinin paxıllığını çəkiblər. Biz onlara yaşamağa yer verdik, amma onlar bizim bu yardımsevərliyimizdən istifadə ediblər. İndi də sərhədlərimizi atəşə tuturlar. Amma bunun da ömrü qısadır. Yaxın günlərdə tamamilə bunun qarşısı alınacaq".
Şəhər sakini Tuncay Paşazadə: "Nəinki indi, torpaqlarımız işğal altında olanda belə bu təxribatları davam etdirirdilər. İndi torpaqlarımızı işğaldan azad etdik yenə də təxribatlar törədirlər. Onlar kimi qansız millət yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq".
Şəhər sakini Ayşə Məmmədova: "Ermənilər məğlubiyyəti hələ də qəbul edə bilmirlər. Bizim torpaqlara göz dikiblər. Özlərini buranın sahibi olduğuna inandırıblar. Amma biz onlara lazım olan cavabı verdik. Qarabağ bizimdir. Nə qədər təxribatlar törətsələr də, ancaq özlərinə ziyan verəcəklər".
Şəhər sakini Elyaz Eyvazov: "Ermənistanın işğaldan azad olunmuş torpağlarımızda etdiyi təxribatların bir çox səbəbi var. Bu səbəblərdən biri də, Ermənistanın daxilində olan çəkişmələr və hakimiyyətdə olan qruplaşmalardır. Azad olunmuş torpaqlarımızda təxribatlar baş verdikdə, vətəndaşlarımızdan eşitmək olur ki, nəyə görə rus sülhməramlıları orada sakitçiliyi qoruyub saxlamır. Amma birmənalı şəkildə deyə bilərəm ki, bu edilən təxribatları rus sülhməramlılarının üzərinə atmaq olmaz. Çünki bu təxribatların olması Rusiyanın maraqlarına uyğun deyil".
Şəhər sakini Məzahir Nəbiyev: "Təxribatlarla bağlı onu deyə bilərəm ki, Ermənistan son çırpınışlarını edir. İstər hakimiyyət olsun, istərsə də müxalif qüvvələrin Ermənistan hakimiyyətində heç bir gücü və nüfuzu qalmayıb. Onların silahlı birləşmələri bu təxribatları edərək sanki gündəmdə qalmağı, kimlərdənsə yardım almağı umurlar. Amma onu da anlamalıdılar ki, artıq onların köməyinə heç kim çata bilməz. Əgər belə təxribatlar davam edərsə, bu səfər şanlı ordumuz Ermənistanı yer üzündən tamamilə siləcək. Allah ordumuzu qorusun”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB