"Ermənistan bu əməllərinə görə cəzalandırılmalıdır” - DEPUTAT ŞƏRH ETDİ
"Çox təəssüflər olsun ki, növbəti dəfə Ermənistanın irimiqyaslı təxribatlarının şahidi olduq. Hərçənd ki, sonuncu Brüssel görüşündən sonra əldə olunmuş razılıqlar onu deməyə imkan verirdi ki, sülh baş tutacaq və ya Azərbaycan ilə Ermənistan arasında hər hansı bir sənədin imzalanmasının şahidi olacağıq. Burada bir neçə məqamlar var. Ehtimal olunur ki, ya Paşinyan təxribatlar törədərək daxili auditoriyanın inamını qazanmaq istəyir, ya da revanşist qüvvələr Paşinyanın Azərbaycan ilə yaxlınlaşmasını qəbul edə bilmir və nəticə etibarilə sərhədboyu ərazilərdə irimiqyaslı təxribatlar törətməklə yenidən münaqişəni alovlandırmaq istəyir. Üçüncü bir məqam isə Ermənistan havadarları, bəzi beynəlxalq güclər Paşinyanın əldə etmək istədiyi sülh razılaşmasını qəbul edə bilmirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, onlar həm sülhə maneçilik törətmək, həm də Paşinyanı devirə bilmək üçün bu cür təxribatları dəstəkləyirlər: "Bir sözlə, istənilən halda baş vermiş bu hadisələrin tək və yeganə məsuliyyətini daşıyan tərəf Ermənistandır. Törədilmiş bu təxribatlara görə Ermənistan tərəfi cavab verməlidir. Azərbaycan silahlı qüvvələri hələ bir ay öncə Qisas əməliyyatlarını həyata keçirdi. Ermənistanın təxribatlarının cavabını verdi və şəhidlərimizin qanını yerdə qoymadı.
Naqif Həmzəyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistan hər dəfəsində söz verir, amma real addımlar atmır: "Ötən gecə Ermənistan təxribatları fonunda Nikol Paşinyanın dünya liderlərinə zəng etməsi başqa məqamlardan da xəbər verir. Ehtimal olunur ki, Ermənistan tərəfi Rusiyanı və digər müttəfiq hesab etdiyi ölkələri bu münaqişəyə cəlb etmək və Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsini istəyir. Ancaq görünən və reallıq ondan ibarətdir ki, hansısa beynəlxalq gücün Azərbaycan ilə döyüşmək, müharibə etmək niyyəti yoxdur. Düşünürəm ki, Ermənistan tərəfi bu təxribatlardan əl çəkməyəcəyi təqdirdə Azərbaycan bütün Ermənistan silahlı qüvvələrini zərərsizləşdirmək, əli silah tutan erməniləri məhv etmək iqtidarındadır. Bir sözlə, baş verən təxribatların tək məsuliyyətini daşıyan tərəf Ermənistandır və Ermənistan bu əməllərinə görə cəzalandırılmalıdır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB