İtaliya Prezidenti Sercio Mattarella Balkan ölkələrinə səfər edib
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Balkan ölkələrində səfərdədir. SİA xəbər verir ki, İtaliya Prezidenti regiona səfəri çərçivəsində Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
İtaliya və Albaniyanın tarixi dostluq və çox güclü ikitərəfli dialoqla bağlı ölkələr olduğunu deyən Sercio Mattarella bildirib ki, Albaniyanın gələcəyi Avropadadır və Qərbi Balkan ölkələri olmasa idi, qitənin birləşdirilməsi yarımçıq qalacaq və tam reallaşmayacaqdı.
Sercio Mattarella Albaniyanın Baş naziri Edi Rama ilə də görüşüb.
İtaliya Prezidenti Balkan ölkələrinə səfəri çərçivəsində sentyabrın 9-da Şimali Makedoniyaya yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB