"Türkiyə hər zaman Azərbaycana xüsusi diqqət və qayğı göstərib" - HƏRBİ EKSPERT AÇIQLADI
“Türkiyə ilə Azərbaycan qardaşlığı hər zaman ən yüksək səviyyədə olub. Türkiyənin “Çanaqqala” müharibəsində azərbaycanlılar döyüşərək şəhid veriblər. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam ordusunun böyük xidmətləri olub”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycanın böyük bir hissəsini erməni daşnaq bolşevik işğalından Nuru Paşanın başçılığı ilə türklər birgə xilas edərək, 1030 şəhid verib: ““İstiqlal” şavaşında Azərbaycan türkləri böyük dəstək veriblər. Xalq Cümhuriyyəti işğala uğrayandan sonra da döyüşən hissə Türkiyəyə gedərək onların silahlı qüvvələrində iştirak ediblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil olmamızı ilk olaraq Türkiyə dövləti tanıyıb. İlk diplomatik əlaqələrdə məhz Türkiyə ilə qurulub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın təbii sərvətlərini nefti, qazı Türkiyədən Bakı-Tiblisi-Ərzurum kəməri üzərindən dünyaya göndərib. Həmişə bu iki dövlət bütün mənalarda bir-birinə dəstək olub. Azərbaycan erməni işğalına məruz qalandan sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. Bütün dünya birliyinin etirazlarına baxmayaraq sərhədləri açmayıb. Ölkəmizdə ordunun yaranması və inkişafında Türkiyənin böyük rolu var. Cənab Prezident qeyd edib ki, bir millətin 2 diasporu ola bilməz. Azərbaycan-Türk diasporu daima birgə fəaliyyət göstərib. Azərbaycanla Türkiyə dövlətlərinin bütün sahələr üzrə əməkdaşlığı ən yüksək səviyyədədir. Azərbaycan dünyada ən çox investisiya qoyduğu ölkə Türkiyədir. Türkiyə iş adamlarına hər zaman yüksək səviyyədə şərait yaradılıb ki, Azərbaycanda işləyə bilsinlər. Azərbaycanlı tələbələrindən ən çox təhsil almaq üçün getdiyi ölkə Türkiyə Cumhuriyyətidir. Türkiyə hər zaman Azərbaycana xüsusi diqqət və qayğı göstərib.
44 günlük müharibə zamanı bizim hər zaman yanımızda olan dövlət məhz Türkiyə idi. 84 milyonluq bir dövlət bizim arxamızda oldu. Ərdoğan dəfələrlə qeyd etdi ki, 3-cü bir dövlət müharibəyə qoşularsa Türkiyə Aərbaycan tərəfdən müharibəyə qoşulacaq. Hətta parlamentdə belə qərar qəbul olundu. Heç də təsadüfi deyil ki, Zəfər paradının Türkiyə və Azərbaycan prezidentləri birlikdə qəbul etdi. Şuşaya birlikdə səfər olunaraq, “Şuşa” bəyannaməsi imzalandı. Bildiyiniz kimi bu bəyannamənin xüsusi əhəmiyyəti var. Dünyada 2-ci belə bir dövlət yoxdur ki, Azərbaycan və Türkiyə dövlətləri qədər yaxın olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB