"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur" - DEPUTAT AÇIQLADI

"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur" - DEPUTAT AÇIQLADI

"Ermənistan Azərbaycan ilə danışıqlar aparmağa, gələcək sülh müqaviləsinin şərtlərini müəyyənləşdirməyə məcburdur. Onun başqa çıxış yolu yoxdur. Azərbaycan özünün güclü dövlətçiliyi, güclü daxili xarici siyasəti, güclü ordusu vasitəsilə Ermənistanı bugün Azərbaycanın suverenliyinə hörmət etməyə məcbur edir. Ancaq Ermənistan cəmiyyəti hələ də özünün nağıl, qış yuxusundan ayıla bilmir hələ də ona elə gəlir ki, hansısa sirli bir qüvvə onun abisiyalarına dəstək verəcək qonşu dövlətlər ilk növbədə Azərbaycanın torpaqlarını alıb ona verəcək. Azərbaycan tarixini, mədəniyyətini erməniləşdirməyə ona dəstək verəcək. Ancaq bütün bunların hamısı geridə qaldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan bugün beynəlxalq hüquq normaları ilə yaşamağa, öz gücünə uyğun hərəkət etməyə məcburdur: "Buna görə də Ermənistan vaxtaşırı Azərbaycana qarşı təxribatlar edərək Azərbaycanı təxribatlara çəkməyə, sülh prosesini pozaraq beynəlxalq ictimaiyyətə Azərbaycanı qeyri-konstruktiv yol tutan bir ölkə kimi təqdim etməyə çalışır və eyni zamanda sülh prosesini uzatmaqla onun arzularını həyata keçirən bir qüvvəni meydana gəlməsini gözləyir. Ancaq bunların hamısı xülyadır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur. Azərbaycanın suverenliyinə hörmət etməyə məcburdur. Bunu etməsə, itirən və bundan da artıq itirən Ermənistanın özü olacaq. Ermənistan bugün dalandadır.

Ermənistanın bugün iqtisadiyyatda invistisiyaya qoyan yoxdur. Azərbaycan və Türkiyyə ilə sərhədlərin bağlılığı onu dünya bazarına çıxmağa maneə olur və bu baxımdan ağır sosial vəziyyəti yaranan ölkədən əhalisi durmadan köçüb gedir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa, sülh müqaviləsi bağlamağa məcburdur. Heç də təsadüfü deyil ki, vaxtaşırı mövqeyində gah sağa, gah sola verən Ermənistanın baş naziri bugünlər ilin axırına qədər Azərbaycanla sülh müqaviləsi imzalayacaq kimi bəyanat verir. Ermənistanın daxili məsələləri onun öz məsələsidir. Ermənistanın özü o problemləri yaradıb və öz daxilində həmin problemləri həll etsin. Azərbaycan isə ancaq özünün suveren hüquqlarına hörmətlə yanaşmağı tələb edir və bu tələbi yeri yetirmək üçün onun gücü, iradəsi və xalqın etimadını doğruldan güclü lideri var".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə