Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir

Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir

Ulu Öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan MR Ali Məclisinin sədri seçilməsindən 31 il ötür.

Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizə yeni nəfəs gətirdi, xalqımızın itməkdə olan ümidlərini dirçəltdi. Fenomen şəxsiyyət Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdı.

Heydər Əliyev ömrü xalqın rifahına, dövlətin inkişafına, Vətənin çiçəklənməsinə həsr olunmuş ömürdür.

Azərbaycan dünyaya "Günəş kimi doğacaq!” deyən liderin özü xalqın parlaq Günəşiydi. Xalqımızın xoşbəxtliyi ondadır ki, ondan sonra, dövlətin sükanı arxasında o böyük insanın layiqli siyasi varisi dayanıb.

Fəaliyyət göstərdiyi bütün sahələrdə özünü lider kimi təsdiq etmiş Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. O, öz nəhəng fəaliyyətində həmişə xalqa birlikdə olmuş, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, idarəetmə işinin ustadı və siyasətin kamil bilicisi Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Ölkəmizi müstəqil, xalqımızı firavan görmək istəyən görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu gün Azərbaycanı milli tərəqqi yolunda inamla addımlayan ölkəyə çevirib. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin inkişafını elə bir səviyyəyə çatdırıb ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti bölgədə lider, dünyada söz sahibidir.

Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə inam günü-gündən artırdı.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

Fəxrlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Samirə Qasımova

Yeni Azərbaycan Partiyasının fəal üzvü, hüquqşünas

Bütün xəbərlər Facebook səhifəmizdə