“Müstəqilliyimizin uğurla sona çatmasında Heydər Əliyevin böyük xidmətləri olub” - DEPUTAT ŞƏRH ETDİ

“Müstəqilliyimizin uğurla sona çatmasında Heydər Əliyevin böyük xidmətləri olub” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində çox mühüm yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir: “Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Belə mühüm səhifələrdən biri də 1991-ci il sentyabr ayının üçü ilə başlalayan səhifədir. 3 sentyabr 1991-ci il tarixi dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcıdır. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın müstəqilliyi istiqamətində atılan mühüm addıma çevirildi. Bundan sonra Naxçıvandan başlayan milli müstəqillik uğrunda yeni dönüş mərhələsi bir qədər sonra Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi illə milli dövlətçiliyimizin əsas ideyallarından birinə çevirildi. Ulu Öndər Heydər Əliyevin Ali Məclisin tribunasından etdiyi çıxışı isə əslində milli dövlətçilik prinsiplərimizin elan olunması və hədəflərinin göstərilməsi idi. Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə, istər siyasi baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını 1918-1920-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı, məhz, xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqımızn milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Bu gün də davam edən Heydər Əliyev ideyalarının təyin etdiyi müstəqillik yolumuz Azərbaycana böyük tarixi zəfər qazandırmaqla onun gələcək inkişafını müəyyən edir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə