“Hərbi sirr təşkil edən xəbərlərin yayılması qadağandır” - AÇIQLAMA
“Yayılması tövsiyə edilməyən materialların siyahısı təsnifatı həm qanunvericilikdə, həm də jurnalistlərin peşə davranış qaydalarında verilib. Dövlət sirri və media haqqında qanunda və s. bu cür məlumatların yayılması və məhdudlaşdırılan informasiyaların təsnifatı var. Onların içərisində çox açıq şəkildə göstərilir ki, hərbi, dövlət sirri təşkil edən məsələlərin yayılması qanunla yasaqlanır”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, jurnalistlər, xəbər istehsalçıları buna həssas yanaşmalıdırlar və həssas münasibət göstərməlidirlər: “Azərbaycan 30 ildən yuxarıdır ki, müharibə şəraitindədir. Qonşu dövlətin təcavüzkar siyasəti ilə üzləşib və buna oyuğun olaraq həm də informasiya savaşının mərkəzindədir. Bu baxımdan, uzun müddətdir ki, Azərbaycanda maarifləndirilmə və məlumatlandırılma işi aparılır. Bu məlumatlandırılma işində də hansı informasiyaları yaymaq olmaz bunların hamısının çox açıq izahatı verilir. Təəssüf ki, bu halların həm bizim qanunvericilikdə, həm etik kodeksimizdə, həm də maarifləndirmə işlərində çox dəqiq izah edilməsinə baxmayaraq yenə də bəzi vətəndaşlar olur ki, xüsusilə, sosial şəbəkə istifadəçiləri bu cür dövlət, hərbi sirr təşkil edən məsələlərə xüsusilə qoşun bölmələrinin dislokasiya yeri, hərbi əməliyyat planları, hərbi heyətin şəxsi kimliyi ilə bağlı və s. Yəni dezinformasiya xarakterli informasiyaları yayırlar. Hansı ki, bunların yayılması qadağandır”.
M.Ələsgərli onu da bildirib ki, həm medianın özünün tənzimləmə qurumları, həm də Azərbaycan Respublikasının baş prokurorluğu bu məsələlərdə önləyici addımlar atır: “Bildiyiniz kimi, bəzi sosial şəbəkə istifadəçiləri və bəzi KİV nümayəndələri prokurorluğa çağırılaraq onlarla proflaktiki və bu cür hallara yol verməməsi tövsiyə olunur. Bunun ardınca Baş prokurorluq yanında bildiyiniz kimi, Azərbaycan media ictimai ilə iyul ayında çox geniş bir toplantı keçirildi. O toplantıda hər kəsə bildirildi ki, hər kəs öz növbəsində maarifləndirmə işi aparsınlar və bu cür informasiyaların qarşısının alınmasına çalışsınlar. İndi media işçilərinin Baş prokurorluqla təmasları, məsləhətləşmələri, müzakirələri davam etdirilir. Yəqin ki, bu görüşlər yenə keçiriləcək orda bu görüşdə verilən təkliflər daha da inkişaf etdiriləcək. Çünki iyul ayında keçirilən görüşdə açığı Baş prokurorluğa bəzi təkliflər verilmişdi ki, bu cür halların qarşısını necə almaq olar. İndi baş prokurorluqda o təklifləri toplayıblar və üzərində təhlil aparıblar. İndi yəqin ki, bu görüşlərin də davamı olacaq və o təkliflər daha da inkişaf etdiriləcək və nəhayət ki, bu cür halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiq olunmasına qərar veriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB