Öhdəliklərini yerinə yetirmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq - Ceyhun Bayramov

Öhdəliklərini yerinə yetirmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq - Ceyhun Bayramov

İtkin düşənlərlə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq.

SİA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov "Twitter" səhifəsində bildirib.

"Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar ki, 3 onillikdir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi məlum deyil.

"Biz beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq", - nazir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə