Ölkə rəhbərliyinin uğurlu siyasəti bizə qardaş olan ölkələrin sayını artırmaqdadır ŞƏRH

Ölkə rəhbərliyinin uğurlu siyasəti bizə qardaş olan ölkələrin sayını artırmaqdadır ŞƏRH

Azərbaycan Respublikası bu gün türk dövlətləri ilə çox yaxşı dostluq və qardaşlıq münasibətlərinə malikdir. Azərbaycana yaxın olan türk dövlətlərdən biri də Qazaxıstandır. Bu iki dövlətin dostluq münasibətləri qədim tarixi köklərə əsaslanır. Çünki onların eyni kökü, mədəniyyəti, adət və ənənələri vardır. Ən əsas bağlılıq isə Azərbaycanın və Qazaxıstanın din və dil bağıdır ki, buda hər iki ölkə arasında mövcuddur. Azərbaycan və Qazaxıstan arasında olan əlaqənin daha da yaxşılaşmasında əsas pay sahibliyi hər iki ölkənin maraq dairəsində olan iqtisadiyyatın genişlənməsi səbəb olmuşdur. Belə ki, hətta Sovet dönəmində Qazaxıstanda neft sənayesinin formalaşması və inkişafında Azərbaycan mühəndislərinin böyük rolu olmuşdur. Bu gün hər iki ölkənin mühəndislərinin səyi nəticəsində neft sahəsi üzrə Xəzər dənizində birgə əməkdaşlıq aparılır.

2022-ci ilin avqust ayının 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha hər iki ölkənin isti münasibətinin təzahürünü göstərmiş oldu. İlk öncə hər iki ölkə başçısı arasında təkbətək görüş keçirilsə də, sonra görüşün geniş tərkibdə olması hər iki ölkə arasında bağlanan müqavilələrin imzalanma prosesini yekunlaşdırmışdır. Daha sonra, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub. Bax budur əsil qardaşlıq nümunəsi. Biz bilirik ki, Vətən Müharibəsində bizə səmimi mənəvi dəstək göstərən ölkələrdən biri də Qazaxıstan olmuşdur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə də bərpa quruculuq işlərin də Qazaxıstana məxsus şirkətlərinin yaxından iştiraq etməsi labüddür. Bununla bağlı olaraq avqust ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Biz inanırıq ki, gələcəkdə belə lahiyələrin sayı iki dost ölkə arasında daha da artacaqdır.

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə