Azərbaycanla Qazaxstan arasında diplomatik əlaqələr yeni müstəvidə ŞƏRH

Azərbaycanla Qazaxstan arasında diplomatik əlaqələr yeni müstəvidə ŞƏRH

Son dövrlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma nəzərə çarpır. Bu sırada Qazaxıstan da istisna deyil. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Qazax və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Qazaxıstan torpağında sığınacaq tapıb. Bu gün 90 mindən çox azərbaycanlı Qazaxıstan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Qazaxıstanda və Qazaxıstanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır ki, bu da öz-özlüyündə iki tərəfli əlaqələrə böyük töfhələr vermişdir.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfərlər ərzində iki ölkə arasında bir çox sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Ümumiyyətlə, NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub. Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.
24 avqust 2022-ci il tarixində Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Azərbaycan Respublikasında səfərdə olub. Səfər çərçivəsində iki ölkə rəhbərinin təkbətək görüşü keçirilib. Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər. Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilmişdir.
Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Qazaxıstan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə, öz növbəsində, hər iki ölkənin seçdiyi inkişaf modellərinin həyat qabiliyyətini və effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatın formalaşdırılması prinsiplərini özündə əks etdirir.
Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfələr verirərək ümumi inkişafa zəmin yaradır.
Bu ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 161,4 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur. Belə ki, ötən ilin ilk beş ayında bu rəqəm 48,1 mln. dollar olub.

Azərbaycana ixracın artımı buğda, neft və neft məhsulları, elektrik dəmir yolu lokomotivləri, relslər və s. kimi malların tədarükünün artması ilə əsaslandırılır. Eyni zamanda, təraş məhsulları, dezodorantlar, yol və tikinti texnikası, boru kəmərləri üçün fitinqlər və s. kimi malların ixracında azalma müşahidə olunub. Azərbaycandan isə Qazaxıstana idxalın artımı xüsusi təyinatlı üzən avadanlıqlar, etilen polimerlər, su, o cümlədən mineral, qazlı və şəkərli suyun, qoz-fındıq, borular, qara metallardan hazırlanan borular və profillər, kruiz və ekskursiya gəmiləri, bərə və sərnişinləri daşımaq üçün nəzərdə tutulan digər nəqliyyat vasitələri və s. kimi malların idxalının artması ilə əsaslandırılır. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Qazaxıstanın əsas tərəfdaşlarındandır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Qazaxıstan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir.

Zahid Cəfərov

YAP Yasamal rayon “Zahid Xəlilov küç.23” (BDU) ünvanlı

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə