Xalq kimin kim olduğunu çox yaxşı bilir - ƏKS-REAKSİYA

Xalq kimin kim olduğunu çox yaxşı bilir - ƏKS-REAKSİYA

"Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi Azərbaycanın məhv olmasının, uçuruma yuvarlanmasının, torpaqlarının qalan hissəsini də itirilməsinin qarşısını aldı. Bu, bir tarixi həqiqətdir. Bunu Azərbaycanda siyasi əqidəsindən asılı olmayaraq hər kəs deyir. Yalnız bəzi siyasət buqələmunları var ki, tarixi saxtalaşdırır, həqiqətləri etiraf etməkdə qərəzə yol verir, əksinə özünün olmayan nüfuzunu guya qaldırmağa çalışır. Halbuki belə adamların iç üzü çoxdan açılıb, maskası yırtılıb. Belə "meydan aşiqlərindən" biri də Nemət Pənahlıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, özünü siyasətçi adlandıranlar bu şəxs mütəmadi olaraq gündəmə gəlməyə çalışır: "Halbuki bu əməlləri ilə o anti-Azərbaycan dairələrdən verilən təlimatları səsləndirməklə öz missiyalarını yerinə yetirir. Nemət Pənahlı Sovet imperiyasının süqutu dövründə yaranmış boşluqlardan yararlanaraq özünü tanıtdrıda bilmiş bir insandır. Onunn xalq, cəmiyyət, ölkə qarşısında heç bir xidməti olmasa da imkan tapıb 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bir-iki kəlmə qışqırmaqla kütlənin diqqətini cəlb edə bilmişdi. Təbii ki, vətənpərvər maskası ilə maskalanaraq anti-Azərbaycan maraqlarını təmin etmək istəyən bir qrup kimi. Siyasi savadsızlığı və düzgün bir mövqeyinin olmaması Nemət Pənahlının 30 ildən çox bir dövrdə öz yerində sayması ilə nəticələnib. Sual yaranır, kimdir Nemət Pənahlı və onun bu günə qədər xalq, ölkə qarşısında hansı xidmətləri var? Pafoslu fikirlər səsləndirmək, siyasi intirqalarla məşğul olmaq, gündəmdə qalmaq xatirinə əsassız iddialarla çıxış etmək əsla siyasətlə məşğul olmaq və ya xalqa xidmət etmək hesab edilə bilməz. Keçmişi "qaranlıq" olan bu adamın fəaliyyət tarixcəsinə nəzər saldıqda bəlli olur ki, o, həmişə haralarasa “xidmət edən” bir fiqur olub. İstədikləri vaxt onu danışdırıb gündəmə gətiriblər, istədikləri vaxt da qanadları altında gizlədiblər. 1990-cı ilin 20 yanvar hadisələrini dərindən arağdırmaq lazımdır ki, onun cinayətləri üzə çıxsın. Nemət Pənahlı o zaman kimlərin təlimatlarını yerinə yetirirdi? Əgər o da xalqdan biri idisə nə üçün 20 yanvar hadisələri zamanı xalqın arasında deyildi? Odur ki, belələrin heç bir mənəvi haqqı yoxdur ki, çıxıb özünü xalqı düşünən biri kimi təqdim eləsin. Xalq onsuz da kimin kim olduğunu çox yaxşı bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə