ERMƏNİSTAN: Dost üzünə ağ, erməniyə dağ olan ölkə - ANALİZ

Ermənistan məğlub ölkədir, ordusu məhv edilib, işğalçı kimi burnu ovulub. Regionda özünü güclü dövlət, qalib dövlət kimi təqdim etməsinə də rast gəlinmir. Heç bir qondarma hesabatlarında “yenilməz ordu” nominasiyasına rast gəlinmir. Diaspor-daşnak oyununun girdabına düşən ermənilər indi başlarına döyür, nə etdiklərini bilmirlər. Hətta Azərbaycanın uzatdığı ələ şübhə ilə baxırlar. Laçın və Zəngəzur dəhlizləri, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması kimi unikal təkliflər niyə erməni hökumətinin, xalqının boğazında ilişib-qalıb, bu, müəmmadır. Hələ də tərəddüd edirlər. Bir tərəfdən Azərbaycanın irəli sürdüyü təklifi dəyərləndirmək istəyirlər, digər tərəfdən müzakirələr adı altında cavabı yubadırlar, ya da heç vermirlər.

Müharibədə məğlubiyyəti ermənilər çox maraqlı bir səbəblə özlərindən yayındırmağa çalışırlar. Guya ki, 44 günlük müharibədə düçar olduqları məğlubiyyət Türkiyə, Pakistan, Rusiya və İsrail kimi ölkələrin hərbçilərinin Azərbaycan tərəfdə Erməni ordusuna qarşı döyüşməsi səbəbindən baş verib. Üstəlik, bu müharibədə Suriya və Liviyadan gətirilmiş “nayomnik”lər aktiv iştirak edib. Sanki, Ermənistanın başıpozuq ordusu o qədər güclüdür ki, onu məğlub etməyə Azərbaycan silahlı qüvvələrinin gücü çatmayıb. Yenə də erməni yalanı. Ustalıqla uydurulmuş bu hekayə əlbəttə, Ermənistanın daxili auditoriyası üçün yazılıb, məhv edilmiş erməni silahlılarının yazınlarını sakitləşdirmək, ermənilərdə onsuz da ölmüş ümidlərə azacıq da olsa işıq salmaq üçün nağıllaşdırılıb.

Ermənistan və ermənilər Rusiyadan qurtulmaq arzularını gizlətmirlər. I Qarabağ müharibəsində əldə etdikləri “qələbə” üçün kimə borclu olduqlarını ötən 30 ildə unutmadılar. Hətta iş o qədər böyüdü ki, Ermənistanın mütün strateji sahələrini Rusiyanın əlinə verməkdə xəsislik etmədilər.

Bir neçə gün öncə İrəvanın mərkəzindəki “Sürməli” Ticarət Mərkəzində partlayış baş verdi. Ermənilər səbəb və səbəbkarlar çox axtarsalar da və sonda Rusiyanın üstündə durdular. Hətta “türklər”in də adı hallandı. İş o yerə çatdı ki, Rusiyanın İrəvandakı səfirliyi tərəfindən Ermənistan XİN-ə nota ünvanlandı. Hələ də bu notaya cavab verilməyib. Niyə? Səbəb yəqin ki, bəllidir, qorxurlar.

Bu gün Ermənistan mətbuatı təkcə “Sürməli” ticarət mərkəzində baş verənlərə görə deyil, o cümlədən 44 günlük müharibədə məğlubiyyətlərinin acığını çıxaracaq münasibətləri tirajlamaqdadır. Erməni politoloqlar sanki indi yadlarına düşüb kimi, Ermənistanın kiminlə əməkdaşlıq edəcəyini, əlaqə saxlayacağını özü seçən müstəqil dövlət olduğunu Rusiyaya xatırladırlar. Bildirirlər ki, strateji tərəfdaşların seçimində ermənilərə yol göstərmək Rusiyanın işi deyil.

Erməni mətbuatı yazır: Rusiya Ermənistanda öz əlləri və düşünməmiş bəyanatları ilə anti-Rusiya əhval-ruhiyyəsi yaratmaqda davam edir, etiraf etmək lazımdır ki, bu, son vaxtlar miqyasından təzəcə çıxıb. Eyni zamanda İrəvanı hədələyin, Kreml üçün ölkəmizlə münasibətlərin adi sxeminə – yəni Moskvanın, əlbəttə ki, “böyük qardaş” olduğu şaquli istiqamətdə, bizim isə vassalı olduğumuz halda, eyham vursunlar. Putinoidlər və ruslar həm Ukrayna ilə müharibədə, həm də Qərblə qarşıdurmada nə qədər az uğur qazanırlarsa, postsovet ölkələri ilə münasibətdə onların tonu bir o qədər aqressiv olur.

Bildiyiniz kimi, bu günlərdə Ermənistanda və Qarabağda İrəvandakı “Sürməli” ticarət mərkəzinin ərazisində baş vermiş partlayışın 16 qurbanı üçün matəm keçirilir. Daha 62 nəfər yaralanıb. Bütün Ermənistanda ticarət mərkəzində baş verən partlayışın günahsız qurbanlarının ruhu üçün anım duaları edilir. Ölkə matəmdədir.
Bəs Rusiya bu zaman nə edir? O, nəinki İrəvanla rəftar edir, hətta onu açıq şəkildə hədələyir. Lavrovun departamenti Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayevin ağzı ilə bəyanat yayıb və orada Moskvanın notaya cavab gözlədiyi qeyd olunub. Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən “Sürməli” ticarət mərkəzində baş verən partlayışla bağlı nəşrlərlə bağlı göndərilib. Xatırladaq ki, ötən gün Rusiyanın Ermənistandakı səfirliyi avqustun 14-də ticarət mərkəzinin ərazisində baş vermiş faciədə Rusiya strukturlarının əli olmasında ittiham olunan nəşrlərlə bağlı XİN-ə nota göndərib. Rusiya səfirliyi nəşrləri Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin təxribatı kimi qiymətləndirib.

Rusiya səfirliyi bildirib ki, biz Ermənistan hakimiyyətinin bu cür qeyri-dost təzahürlərin qarşısını almaq üçün addımlar atmasını, o cümlədən lazımi ictimai şərhləri gözləyirik.

Nəşr yazır: Nə tələsirsən, böyük qardaş? Görmürsünüz ki, Ermənistanda matəm var, ticarət mərkəzində baş verən partlayışla bağlı araşdırma aparılır? Digər tərəfdən, keçmişdə münasibətlərimizin xarakteri etiraz notaları kimi addımları nəzərdə tuturmu? Belə olan halda, açıq-aşkar anti-erməni materialları və xəbərləri rus dilində, o cümlədən dövlət mediasında göbələk kimi çoxaldığı və artmaqda davam etdiyi halda, erməni tərəfinə necə reaksiya verməyi əmr edərdiniz?

Bəli, bu, bizim xoşumuza gəlmir, üstəlik, bu, bizi çox incidir, lakin biz hələ də başa düşürük ki, Rusiyanın öz maraqları var, heç də həmişə erməni maraqları ilə üst-üstə düşmür. Biz, heç olmasa, Rusiya Xarici İşlər Nazirliyinə etiraz notaları göndərmirik. Çünki Moskva açıq şəkildə Azərbaycanı silahlandıranda, Bakı və Ankaranın aqressiv istəklərinə uyduranda da göndərilməmişdilər. Ancaq ümumiyyətlə, dövlət tərəfindən maliyyələşdirilməyən bəzi KİV-lərdə rusların xoşuna gəlməyən nəşrlər peyda olan kimi, burada XİN-ə nota verir, bu çirkin və qeyri-etikdir, xüsusilə matəm vaxtlarında.

Lakin yuxarıda adı çəkilən Neçayev rəhbərliyinin göstərişi ilə İrəvanı da Qərblə təmaslarına görə hədələyib. Rusiya diplomatının təhdidlərində Ermənistan açıq şəkildə göstərilməsə də, ünvan bəllidir. Rusiya Xarici İşlər Nazirliyinin səlahiyyətlisi Neçaev həftəlik brifinqdə deyib ki, Rusiyanın KTMT-dəki müttəfiqlərinin dost olmayan ölkələrlə təmasları Moskva ilə strateji tərəfdaşlığa xələl gətirməməlidir. Rusiyaya dost olmayan ölkələrlə bu təmaslar ölkəmizlə strateji tərəfdaşlığa xələl gətirməməli, ümumi assosiasiyaların, o cümlədən KTMT və Aİİ, MDB və ŞƏT-in mövcud müqavilələrindən irəli gələn öhdəliklərə zidd olmamalıdır”.

Aydındır ki, burada söhbət ilk növbədə Ermənistandan, ikincisi isə Qazaxıstandan gedir. Qazaxıstan Moskva ilə özü danışır, Ermənistan isə köçəri vəkili kimi hələ də qeydiyyatdan keçməyib. Bu ölkənin fikirlərinə hörmətlə yanaşan, sözünə qulaq asan yoxdur. Neçayevin sözündən belə çıxır ki, Ermənistan ya Dağıstan, ya Çeçenistan və yaxud Tatarıstandır. Erməniləri də bu yanaşma özündən çıxarıb. Onar Ermənistanın kiminlə əməkdaşlıq edəcəyini, əlaqə saxlayacağını özü seçən müstəqil dövlət olduğunu hər addımda xatırladırlar. İkibağlı oyuna girişən Ermənistan rəhbərliyi Moskva ilə əlaqə saxlamağın faydalı olduğunu deyir, amma London və Vaşinqtonla da dostluq, müttəfiqlik edəcəklərini deməkdən də çəkinmirlər. Buna görə də hələlik mətbuat vasitəsilə Paşinyan Moskvadakıların diqqətinə çatdırır ki, strateji tərəfdaşlarımızı necə seçəcəyimizin ruslara heç bir aidiyyəti yoxdur. “Azərbaycanı dişinə qədər silahlandırmaqda məqsəd nə idi, KTMT çərçivəsində tərəfdaşlıq haqqında niyə düşünmədiniz”, kimi sualla başlayan İrəvan-Moskva didişməsi erməni cəmiyyətində hələ də aktualdır və bu, iki ölkə arasında münasibətləri kökündən dəyişə bilər. Halbuki, hadisələr məhz bu istiqamətdə davam edir.

Erməni mətbuatı yenə ittiham edir: “Azərbaycan və Türkiyə Ermənistana hücum edəndə” KTMT üzvü kimi niyə köməyə gəlmədilər? İndi isə Rusiya bütün dostlarını və müttəfiqlərini itirəndə birdən-birə KTMT və Aİİ çərçivəsində öhdəliklər xatırlanır. Ümumiyyətlə, Rusiya Ermənistan cəmiyyətində getdikcə daha çox qərbyönlü əhval-ruhiyyənin hökm sürməyə başlamasına daha qəzəblənməməlidir. Rusiya bunun üçün hər şeyi etdi. Bəli, son 30 ildə Ermənistana rəhbərlik edən Rusiyadan çox əziyyət çəkdik. Gördüyünüz kimi, bu, bizi yaxşılığa aparmadı. Biz xarici siyasətimizi balanslaşdırmaq istəyirik, lakin Moskva kənar bizi geri çəkməyə çalışır, hətta boğazımızdan bərk-bərk yapışır. Bu, onun ünvanında daha çox acı və mənfilikdən başqa bir şey deyil, o, əldə edə bilməyəcək.

Bu arada Qarabağda yanğınların baş verməsi xəbərləri yayılıb. Məlumata görə, yanğın Əsgəran qəsəbəsi yaxınlığındakı meşə ərazisində baş verib. Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarılan əhalinin son 10 ildə məskunlaşdıqları azərbaycanlılara məxsus evləri yandırdıqları xəbəri də özünü çox gözlətməyib. Əvvəlcə Ermənistandan gələn emissarlar orada yaşayanlara bildirdilər ki, evləri yandırmasalar onlara kompensasiya veriləcək. Amma evlərin, ətraf meşələrin yandırılmasından da görünür ki, Ermənistan dövləri ikibaşlı oyun oynayır. Ola bilsin ki, ermənilər adətlərinə uyğun olaraq hər sözü tərsinə başa düşürlər.

Azərbaycan nə Qarabağa, nə də bu ərazilərimizdə yaşayan ermənilərə heç bir status verməyi düşünmür. Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan ermənilər ya Azərbaycana inteqrasiya olunmalı, ya da bu əraziləri tərk etməlidirlər. Ölkənin qanunlarına qarşı çıxanlara, separatçılıq əməllərini davam etdirənlərə Qarabağda və ümumiyyətlə, Azərbaycanda yer yoxdur. Ermənistan rəhbərliyi də daxil olmaqla revanşist qüvvələr hələ də reallığı dərk etmək, əllərinə düşən fürsəti dəyərləndirmək istəmirlər. Azərbaycan bu gün diqtə edən tərəfdir, Ermənistanın isə şərt irəli sürməsi qəbuledilməzdir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə