ABŞ-nin İllinoys ştatının milyarder qubernatoru Cey Robert (JB) Pritsker ötən il Las-Veqas kazinosunda “blackjack” oyununda 1,4 milyon dollar qazanıb. SİA xəbər verir ki, bu fakt “NBC News”un yaydığı gəlir bəyannaməsindən məlum olub. Məlumata görə, 2028-ci il prezident seçkilərinə namizədliyini irəli sürməyə hazırlaşan Pritsker qazandığı məbləği xeyriyyə təşkilatlarına bağışlamağı planlaşdırır. O, həmçinin poker oyununa da maraq göstərir və xeyriyyə məqsədli poker turniri təsis edib. Qubernator və həyat yoldaşı ötən il üçün ümumilikdə 10,6 milyon dollar gəlir bəyan ediblər.
Qeyd edək ki, demokratların üzvü olan JB Pritsker qumar həvəsi ilə bağlı iddialar fonunda, həmçin Ağ Evin siyasətini sərt tənqid edən siyasətçilərdən biri kimi tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə