Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edib. SİA xəbər verir ki, bu abrədə Strana.ua nəşri məlumat yayıb. Bildirilib ki, o, burada amerikalı həmkarı Donald Trampla danışıqlar aparacaq. Dövlət başçılarının görüşü 17 oktyabr tarixində baş tutacaq. "Bloomberg" agentliyinin yazdığına görə, Zelenski ABŞ-dan yeni silah tədarükü əldə etmək üçün Amerika Prezidentinə təqdim ediləcək vədlərin siyahısını hazırlayıb.
Gözlənilir ki, Kiyev Vaşinqtona silah və enerji resurslarının tədarükü müqabilində Ukrayna pilotsuz uçuş aparatları texnologiyalarını təklif edəcək. Bu görüşdən əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Bundan əlavə, Tramp Rusiya və ABŞ nümayəndə heyətləri arasında yeni danışıqların keçiriləcəyini elan edib və Putinə Macarıstanda görüşəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə