Rusiyanın Ermənistandakı səfirliyi tərəfindən Ermənistana etiraz notası göndəriləndən sonra səfirliyin müvəqqəti işlər vəkili bu ölkənin XİN rəhbərliyi ilə görüşüb. SİA xəbər verir ki, bunu RF XİN İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bildirib.

O qeyd edib ki, avqustun 18-də Rusiyanın Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Ermənistan xarici işlər idarəsinin rəhbərliyi ilə görüşüb. RF XİN nümayəndəsi deyib: “Cavab gözləyirik”.

Xatırladaq ki, Ermənistanın yerli kütləvi informasiya vasitələrində Moskvanı avqustun 14-də Yerevandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışda əli olmaqda təqsirləndirən materiallar dərc edilməsinə görə Rusiyanın Ermənistandakı səfirliyi Ermənistan XİN-ə etiraz notası göndərib.

Sənəddə Rusiya tərəfi Rusiya qurumlarının ünvanına guya həmin partlayışda onların əli olması barədə ittihamlarla əlaqədar hiddətləndiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə