...Tehran yaxşı bilir ki, Türkiyə-Azərbaycan “Zəngəzur dəhlizi” layihəsi reallaşarsa, nəhayət, İranın şimal sərhədləri bağlanacaq.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu İran üzrə mütəxəssis Armen Vardanyan da bildirib
Erməni iaranşünasa görə, nəticələri təkcə Ermənistandan deyil, Cənubi Qafqazdan da kənara çıxacaq belə kifayət qədər böyük geosiyasi dəyişikliklər baş verərsə, guya bu halda İran Türkiyə və Azərbaycandan asılı vəziyyətə düşəcək. Yəni bu İran üçün tranzit problemi də yaradacaq və təbii ki, bu da Tehranın maraqlarına açıq şəkildə uyğun gəlmir.
Amma maraqlıdır ki, buna baxmayaraq, Vardanyan Türkiyə və ya Azərbaycanın Ermənistan-İran sərhədinin bütövlüyünü pozacağı təqdirdə İranın birmənalı şəkildə hərbi müdaxiləsini proqnozlaşdırmır.
Səbəb kimi isə Tehranın Ankara və Bakı ilə kifayət qədər isti münasibətlərini göstərir.
Deyim ki, guya bu üç ölkə arasında vaxtaşırı yaranan bütün problemlərə baxmayaraq İranın “acizliyi” sanki Vardanyan əsəbləşdirir.
...Amma erməni ekspert Ermənistanın Sünik bölgəsinə azərbaycanlıların işğalı təhlükəsinə cavab olaraq İran ordusunun, xüsusən də “İslam İnqilabı Keşikçiləri Korpusu”nun Azərbaycanla sərhəddə keçən il keçirdiyi manevrlərini xatırladır.
Bu baxımdan, Vardanyanın fikrincə bu və ya digər şəkildə, İranda, Ermənistanla sərhədlərin toxunulmazlığı lehinə öz mövqelərini müdafiə etmək əzmindədirlər.
Bu, onun fikrincə, Tehranla münasibətlərin strateji səviyyəyə qədər dərinləşməsi istiqamətində İrəvanın yeni addımlar atmasına ehtiyac yarada bilər.
... Əslində erməninin bu “etirafları” təbii ki, suda boğulanın saman çöpündən can diləməsinə bənzəyir.
...Və bu arada erməni saytları Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinad edərək İranın hərbi mütəxəssislərdən ibarət nümayəndə heyətinin ermənilərdən azad edilmiş ərazlərə səfər etdikləri barədə xəbər yayımlayıblar.
Erməni saytlarının yazdığına görə, çərşənbə axşamı İranın Bakıdakı səfirliyinin əməkdaşlarının da daxil olduğu nümayəndə heyəti üzvləri Bərdə və Tərtər şəhərlərində olublar. Onlar orada İkinci Qarabağ müharibəsi zamanı bu şəhərlərin bombalanmasının nəticələri ilə tanış olublar.
...Məncə, bu ermənilər üçün şərhsiz qəbul olunmalıdır
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB