Rus politoloq: Qarabağ erməniləri üçün onların arzuladığı muxtariyyət ola bilməz - MÜSAHİBƏ

Ermənistanda indiki anti-Rusiya isteriyasın arxasında Paşinyan dayanır, çünki iki ftə əvvəl MKİ direktorunun İvana ri zamanı ABŞ-dan 120 milyon dollar alıb

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan nizamlanması ilə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistanın Qarabağda təxribatına cavab olaraq Azərbaycanın bu yaxınlarda həyata keçirdiyi “Qisas” hərbi əməliyyatına münasibətiniz necədir?

- Azərbaycan çox nəzakətlə və inamla ermənilərə göstərdi ki, bütün təxribatlara əsaslı cavab veriləcək. “Qisas” hərbi əməliyyatı çox uğurla həyata keçirildi və ermənilərə göstərdi ki, belə təxribatlar davam edərsə, Azərbaycan irəli gedəcək və Qarabağdakı indiki mövqelərində dayanmayacaq. Ona görə də Ermənistanda belə bir ssenari ilə necə kifayətlənəcəklərini düşünməlidirlər. Hamı başa düşür ki, razılaşmalara əməl etmək lazımdır, müvafiq olaraq, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın bəndlərində göstərildiyi kimi, Ermənistan bütün silahlı birləşmələrini Qarabağdan çıxarmalıdır. Əks halda, Azərbaycan Ermənistanın torpeda etdiyi məsələləri güc yolu ilə həll edə bilər.

Hələlik, Azərbaycan bütün məsələləri dinc diplomatiya və danışıqlar yolu ilə həll etməyə çalışır və Ermənistanın bu fürsətdən istifadə etməsi daha yaxşıdır. Davam edən təxribatlara gəlincə, məncə, bunlar Azərbaycanla Rusiyanı çəkişdirməyə hesablanıb ki, rus əsgərləri Ermənistan tərəfində Azərbaycana qarşı vuruşsunlar. Bu, guya elə hiyləgər addımdır ki, bunun sayəsində ermənilər Qarabağı geri qaytarmağa ümid edirlər. Reallıqda bu, kifayət qədər axmaq addımdır, çünki Rusiya Qarabağda baş verənlərin bütün mahiyyətini anlayır və vəziyyəti ayıq şəkildə qiymətləndirir.

- İrəvan prezident Əliyevin sonuncu müsahibəsindən hansı nəticələr çıxarmalıdır?

- İrəvan başa düşməlidir ki, Qarabağ erməniləri üçün onların arzuladığı muxtariyyət ola bilməz. Prezident Əliyevin dediyi kimi, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaq, azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqlarla bərabər hüquqlara malik olacaqlar. Müvafiq olaraq, üçtərəfli sazişlərə əməl etmək və onları həyata keçirmək lazımdır. Ermənistan üçün bu, ən düzgün addım olacaq. Əliyevin mesajı Ermənistanın Azərbaycana qarşı apardığı nifrət təbliğatını dayandırmasıdır. Bu təbliğatı aradan qaldırmaq lazımdır və Azərbaycan lideri Paşinyanı məhz buna çağırır.

- Ermənistanda növbəti anti-Rusiya isteriyasına nə səbəb oldu? Onu kim partladır?

- Ermənistanda indiki anti-Rusiya isteriyasının arxasında Paşinyan dayanır, çünki iki həftə əvvəl MKİ direktorunun İrəvana səfəri zamanı ABŞ-dan 120 milyon dollar alıb. MKİ-nin məkrli planı Rusiya ilə Türkiyəni toqquşdurmaq, Ermənistanı da bu işə cəlb etməkdir. Türkiyənin Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaması ABŞ-ı çox qıcıqlandırır, ona görə də Ermənistanın köməyi ilə Vaşinqton Rusiya sülhməramlılarını və Türkiyəni də bu təxribatlara cəlb etmək üçün Qarabağda təxribatların davam edəcəyini gözləyir. Bütün bunlar Türkiyəni Rusiya ilə çəkişdirəcək yeni toqquşmaların təşkili üçün edilir. Təbii ki, Rusiya da belə bir hiyləgər plandan xəbərdardır və ilboyu davam edən anti-Rusiya isteriyası diqqətlə izlənilir və müvafiq nəticələr çıxarılır. Bu, daha çox Ermənistanın fəal şəkildə Qərbə baxması və Amerikanın sərvətlərindən qidalanması ilə bağlıdır. Rusiya Ermənistanda və bütövlükdə regionda vəziyyəti izləyir, çünki onun sərhədləri boyunca təhlükəsizlik və sabitlik Moskva üçün prinsipial vacib vəzifədir.

- Sizcə, Ermənistanda revanşist əhval-ruhiyyənin artması Qarabağda yeni müharibəyə səbəb ola bilərmi?

- Əgər revanşist qüvvələr Qarabağda müharibəyə başlasalar, uğursuzluğa məhkum olacaqlar, çünki Azərbaycan ordusunun uğurları, gücü və qüdrəti, təbii ki, İkinci Qarabağ müharibəsini necə parlaq apardığı göz qabağındadır. Ermənistanın faktiki olaraq Azərbaycana qarşı çıxacaq heç bir şeyi yoxdur, İrəvanın Bakıda olan kimi o cür silahları və ordu gücü yoxdur. Ona görə də yeni Qarabağ müharibəsini, prinsipcə, həyata keçirmək çətindir, hətta Ermənistandakı revanşist qüvvələr də onu uduzacaqlarını başa düşürlər. Müvafiq olaraq, ermənilər lobbiçilik və hansısa “yumşaq” texnologiyalar vasitəsilə Rusiyanı Azərbaycana qarşı çevirməyə çalışırlar. Düşünürəm ki, onlar Qarabağda təxribatları davam etdirəcək və Rusiya mətbuatı vasitəsilə Azərbaycanla Rusiyanı toqquşdurmağa çalışacaqlar.

- Ermənistan tərəfindən nəqliyyat kommunikasiyalarının, xüsusən də Zəngəzur dəhlizinin açılması perspektivləri nədən ibarətdir?

- Əlbəttə, Zəngəzur dəhlizinin açılması perspektivi var, baxmayaraq ki, Ermənistan bu prosesi ləngidir. Eyni zamanda, istisna etmirəm ki, hər an üçtərəfli sazişlərin icrasına başlanıla bilər. İndiki mərhələdə ölkədə kifayət qədər güclü revanşist qüvvələr bunun qarşısını alır, ona görə də Paşinyan hələ də nəqliyyat kommunikasiyalarının qarşısının alınması üçün real addımlar atmaqdan qorxur. Amma Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur dəhlizi Laçın dəhlizi kimi işləməlidir ki, bu da onun birmənalı şəkildə açılması perspektivinin olması deməkdir. Ola bilsin ki, Paşinyan yaxın vaxtlarda regionda, o cümlədən Zəngəzur dəhlizində nəqliyyat kommunikasiyalarını blokdan çıxarmağa başlasın, çünki bu, Ermənistanın özü üçün iqtisadi baxımdan sərfəlidir və ona xeyli fayda vəd edir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə