Dövlət Komitəsinin sədri Gədəbəy və Şəmkir sakinləri ilə görüşəcək

Dövlət Komitəsinin sədri Gədəbəy və Şəmkir sakinləri ilə görüşəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 24-də saat 11:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüş keçirəcək. Komitədən SİA-ya bildirilib ki, görüş zamanı Gədəbəy və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinləniləcək, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə