TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdendən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib. SİA xəbər verir ki, oktyabrın 15-də təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub.

Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə