Ölkədə qadın cinayətləri və qadın zorakılığı halları niyə durmadan artır? - PSİXOLOQ AÇIQLADI

“Sevgi görməyən qadın depressiyaya düşür”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ezgi Şahin bildirib.

Onun sözlərinə görə, əsas səbəb kişinin qadına önəm verməməsidir: “Bu hal davam etdikcə bir müddət sonra qadın öz həyat yoldaşı və ya sevgilisinə qarşı soyumağa başlayır. Təbiiki bunu kişi qəbul edə bilmir və bir müddət sonra qadın cinayəti baş verir və ya kişi qadına qarşı şiddət göstərir. Çünki kişinin psixoloji durumu o həddə olur ki, o nə etdiyinin fərqində olmur. Sosial şəbəkələr və mediada tez-tez qadın zorakılığı və qadın cinayətləri xəbərləri verildiyi üçün insanlar artıq cinayət və zorakılığı normallaşdırırlar.

Qadına qarşı basqı olan dünyanın hər yerində cinayət halları çox olur. Türkiyə və Azərbaycan kimi “mental dəyərlərin” yüksək olduğu ölkələrdə qadın azad ola bilmir. Belə olan halda isə cinayətlər artır. Xarici ölkələrdə qadınlara qarşı olan incə davranış və diqqət müsəlman ölkələrində yoxdur. Qadına olan incə davranış və diqqət o demək deyil ki, kişi qadına yer verməlidir. Mən bunu nəzərdə tutmuram. Söhbət qadına qarşı olan məsuliyyət və diqqətdən gedir. Bundan başqa kişinin hər addımda qadından məsləhət almasından gedir. Kişi qadını saymır və qadında haqlı olaraq başqa birində o diqqəti axtarır”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə