Üçüncü Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi xüsusi məna daşıyır - Azərbaycan Prezidenti
Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. SİA xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, uzun illər işğal altında qalmış Xankəndi bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir. “Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə