Şəhid Həmidağa Hüseynzadənin doğum günündə xatirəsi anılıb FOTOLAR

Yasamal rayon icra hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, Abşeron rayon icra hakimiyyəti, Nəsimi rayon icra hakimiyyəti, YAP Nəsimi rayon təşkilatı, millət vəkili Ülvi Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi polkovnik-leytenant Ramin Şükürov şəhidin ailə üzvləri, şəhid ailələri və Yasamal rayon ictimaiyyəti tərəfindən II Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günü münasibəti ilə məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, Hüseynzadə Həmidağa Bağı oğlu ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda","Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...