Çin Xalq Pespublikasının Azərbaycandakı səfiriyində görüş keçirilib FOTOLAR

10 avqust 2022-ci il tarixdə səhər saat 11-00-da Cin Xalq Respublikasının Bakıdakı səfirliyinin dəvəti ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri Hacı Hacıyev və AKP MİK sədrinin müavini Ələsgər Xəlilov səfirlikdə Çin Xalq Pespublikasının Azərbaycandakı səlahiyyətli səfiri GUO MİN yoldaşın qəbulunda olmuşlar.

Qəbulda Azərbaycan Kommunist Partiyasının siyasi fəaliyyəti haqqında AKP MİK sədri Hacı Hacıyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri GUO MİN yoldaşa ətraflı məlumat vermişdir. Görüşdə dünyada baş verən siyasi, iqtisadi, böhranların yeni fəlakətlər doğurduğu, milli, iqtisadi və mənəvi sarsıntılar, vəziyyətin dözülməz şəklə düşməsi, odlu, qaynar nöqtələrin çoxalması, gözlənilməz, süni yaradılan "partlayışlar" hamını - dünya ölkələrini həyat və dünya barədə düşünməyə vadar etməli olduğunu qeyd edən Səfir ölkəsinin ayrılmaz hissəsi olan Tayvan ətrafındakı hadisələrin yenidən qızışdırılmasında mürtəce imperialist qüvvələrin çirkin əməllərindən, parlaq və işıqlı gələcək haqqında düşüncələrin real cətinlikdən uzaqlaşması bu günkü həyatımızı çox gərginləşdirməsini milli münasibətlərin pozulması çox ciddi fəlakətlər törətdiyini qeyd etmişdir.
Görüşdə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin
əməkdaşı Xie Yilin iştirak etmişdir.
Görüş səmimi, qarşılıqlı anlaşma şəraitində keçmiş və gələcəkdə mütəmadi görüşlərin keçirilməsi, kommunist ənənələrinin daha yaxından davam etdirilməsi qərara alınmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə