Sirkənin daha bir faydası AÇIQLANDI - DİQQƏT! - MÜTƏXƏSSİS DANIŞDI

“Sirkənin faydaları onun necə istehlak olunmasından asılıdır. Sirkənin faydasını görmək istəyirlərsə, ondan salat və yeməklərin içində istifadə olunmalıdır. Fiziologiyada bir məsələ var ki, yeməyin dadlı olması üçün ona mütləq duz və sirkə əlavə olunmalıdır. Duz və sirkə suyu dadlandıran elementdir”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, buradan belə bir nəticəyə gəlmək olar ki, qırmızı ət məhsulları ilə sirkə yaraşır: “Onun suyuna bir qədər sirkə əlavə olunarsa, yemək dadlı olar və heç bir ziyanı da olmaz. Çünki sirkə orada dadvermə rolunu oynayır və bunun da zərəri yoxdur.

Salatlara da zeytun yağı, limon suyu və sirkə qarışımını əlavə etsək, o çox dadlı və faydalı olar. Bu mikroblara qarşı mübarizə aparır, immun sistemini gücləndirir, unutqanlığın qarşısını alır, ürək-damar və mədə-bağırsaq sisteminə faydaları çoxdur, yüksək qan təzyiqi olanlarda təzyiqi tənzimləyir, həmçinin qanda şəkəri çox olan insanlara yardımçı olur, bağırsaq florasını qoruyur. Amma yetər ki, sirkə yeməyə və salatlara əlavə olunaraq istifadə olunsun”.

Ağa Salamov sözlərinə belə davam edib: “Əgər sirkə yeməyə qatılıb yeyilmirsə, boşu-boşuna içilirsə təbii ki, onun zərərləri olar. Çox içilərsə, bu ilk növbədə zəhərlənmə verə bilə və mədə turşuluğunun balansını pozar ki, bu zaman da qastritə yol açılar. Burada da miqdar öz sözünü deyir. Boşu-boşuna sirkə içmək diş emalını zədələyə bilər. Yaxşı olar ki, onu yemək və salatlarda istifadə edək. Bu ən faydalısıdır.

Sirkə mütəmadi olaraq istifadə olunduqda qanda pisxolesterinlərin parçalanmasına səbəb olur və onların səviyyəsini aşağı salır. Həmçinin, saça və dırnağa da böyük faydaları var. Sirkə saçın elastikliyi qoruyur və cildin gözəl olmasında zeytun yağı ilə sintez olunmuş sirkənin rolu böyükdür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə