"Avropa Birliyi ən yüksək səviyyədə Azərbaycana maraq göstərir" - POLİTOLOQ AÇIQLADI
"Azərbaycan ilə Avropa ölkələri arasındakı əməkdaşlıq 30 ildir ki, davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu əməkdaşlığın aktiv bazası Azərbaycanın neft strategiyası həyata keçdikdən sonra daha geniş sahədə yayılmağa başladı: "Demək olar ki, Avropa Birliyi Azərbaycanın ən etibarlı enerji idxalatçılarındandır. Düşünürəm ki, bu, həm Azərbaycana, həm də Avropa İttifaqının özünə də vacibdir. Eyni zamanda Azərbaycan Avropanın ən etibarlı enerji tədarükçülərindən biri hesab edilir.
Son dövrlər qərb təşkilatlarının Azərbaycana marağının artması məlum məsələdir. Bildiyimiz kimi Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə birlikdə imzaladığı sənəd özlüyündə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir. Düşünürəm ki, keçirilən görüşlər onu göstərir ki, Avropa Birliyi ən yüksək səviyyədə Azərbaycana maraq göstərir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB