Prezidentin çıxışı onun peşəkar üslubunun təzahürüdür

Prezidentin çıxışı onun peşəkar üslubunun təzahürüdür

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən fikirləri bizi bir daha əmin edir ki, dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti sayəsində ölkəmiz bütün istiqamətlər üzrə qarşıya qoyduğu məqsədlərə nail oldu. Bu gün ölkəmizdə iqtisadi inkişaf gedir, sosial məsələləröz həllini tapır, ordu quruculuğu, Qarabağın bərpası istiqamətində aparılan işlər, nəqliyyat, energetika layihələri icra edilir. Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür,milli təhlükəsizliyimiz yüksək səviyyədə təmin edilir.

Bu fikirləri Prezident İlham Əliyevin çıxışını dinlərkən daha da əminliklə söyləyə bilirik. Prezidentimizin bu çıxışı isə yenidən xalqımızda ictimai rəy yaratmaqla bərabər, beynəlxalq aktorlara da istiqamətlərimizin hansı bucaq altında müəyyənləşdirildiyindən xəbər verdi.

Cari ilin ilk altı ayında ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

Xarici siyasətdə nüfuzumuzun artması, beynəlxalqetimadın yüksək olması illər ərzində çəkilən zəhmətin uğurlunəticəsidir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.

Azərbaycan öz sözünə sadiq qalan ölkə olaraq həmrəylikgöstərib ehtiyac içərisində olan ölkələrə dəstək olmuş - humanitar, maliyyə, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə dəstək göstərmişdir və bu da bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.

Cənab Prezident Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılırıldığını,yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacağını və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracağını bildirmişdir.

Azərbaycanın hər zaman fəallıq göstərdiyi məsələlərdən biri də Türk dövlətləri ilə əlaqələrin inkişafıdır və həmin ölkələrlə nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.

Təkcə Türk dövlətləri ilə deyil, Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər də əlaqələrin inkişafı üçün zəmin yaradır. Həmçinin Amerika-Azərbaycan əlaqələridə inkişaf edir. “Amerika Birləşmiş Ştatlarının Prezidenti iki dəfə məktub göndərmişdir - həm Müstəqillik Günü ilə bağlı, həm Bakı Enerji Həftəsinin açılışı ilə bağlı. Bu əlaqələrin həm böyük tarixi və həm də gözəl gələcəyi vardır.

Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır - ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada”,- deyə cənab İlham Əliyev qeyd etmişdir.

Azərbaycan-Ermənistan əlaqələrinə toxunaraq Prezident əlaqələrin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr olmadığını da bildirmişdir. Bəli baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.

Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərin icrasından boyun qaçırır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb.

Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Cənab Ali Baş Komandan tərəfindən cari il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsinin məhz bu məsələlərə istiqamətləndiriləcəyi, artımın məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcəyi bildirilib.

Hərbçilərin sosial müdafiəsi məsələləri Azərbaycanda yüksək səviyyədə təmin edilir- qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir.

Təbii ki, şəhid ailələrinə göstərilən qayğı və yüksək qiymət isə göz qabağındadır: keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.

Çıxışda orta əməkhaqqının 14 faiz artması, pensiyanın 10 faizdən çox artması, Günəş və külək elektrik stansiyasının tikintisi, əlavə 50 meqavat elektrik enerjisi ilə bizi təmin edəcək su elektrik stansiyalarının inşaları, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmışmemorandum, nəqliyyat sahəsində olan artım, xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarınaqayıtması məsələlərinə də toxunulmuşdur.

Cənab Prezidentimizin uğurlu siyasətinin əsasında Ulu Öndərimizin özündən sonra qoyuduğu məktəb dayanır.

Təbii ki, Azərbaycan dövləti uğurlar əldə edir və bundan sonra da daha böyük uğurlara imza atacaq.

Şəbnəm Vahabova

Xəzər rayonu, 149 nömrəli tam orta məktəb

Bütün xəbərlər Facebook səhifəmizdə