"Münasibətlərimizi hər sahədə genişləndirəcəyik" - TÜRKİYƏLİ NAZİR
“Türkiyə və Azərbaycan arasındakı münasibətləri izah etməyə ehtiyac yoxdur”. SİA xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib.
Nazir qeyd edib ki, biz “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən iki xalqıq. Ona görə də münasibətimizin səmimiyyəti və gücü mövzusunda fikir bildirməyə ehtiyac duymuram. Azərbaycan və Türkiyənin regiondakı müttəfiqliyi dünyada, eləcə də türk dünyasında bir güvən mühiti yaradıb. Bundan sonra da Azərbaycanla münasibətlərimizi hər sahədə davam etdirəcək və genişləndirəcəyik”.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB