"Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur" - CAHİT BAĞCI

“Türkiyə və Azərbaycan hadisələrin xaricində qalaraq strateji siyasət həyata keçirir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur: “Azərbaycan qaz xətlərini Türkiyə üzərindən keçirərək Avropaya çatdırılma edir. Azərbaycanın qaz ixracatı Avropanı tam qazla təchiz edə bilməz. Amma Azərbaycanın qazının Türkiyənin keçən xətlərlə Avropaya çatdırılması Rusiyanın Avropaya təhdidinin qarşısını hələ ki, alır. Amma bu, sonsuza qədər davam edə bilməz. Azərbaycanla Türkiyə bu münasibətlər 3-cü ölkələrlə də inkişaf etdirmək niyyətindədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə