Günəşli kəndində şəhid Elçin Ağayevin məzarı ziyarət olunub FOTOLAR

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, aparat işçiləri və partiya fəalları 07 iyu1 2022-ci il tarixdə Cəlilabad rayon Günəşli kəndində şəhid Ağayev Elçin Zakir oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə