"Azərbaycan tərəfi bu atəşin qarşısını layiqincə alır" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan tərəfi son zamanlar mütəmadi olaraq Kəlbəcər istiqamətində atəşkəsi pozur. Əlbəttə ki, çox maraqlı bir sual yaranır ki, ordusu iflic vəziyyətdə olan və hazırda müharibə etməyə qadir olmayan Ermənistan ordusu bu təxribatları niyə törədir? Onların məqsədləri nədən ibarətdir?". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinə qədər olduğu kimi bu gün də görünən odur ki, eyni tendensiya davam edir: "Azərbaycana təzyiq istiqamətində müəyyən xarici qruplar tərəfindən erməni generallarının vasitəçiliyindən istifadə edilir. Ağlı başında olan erməni əsgəri çox yaxşı bilir və Azərbaycan əsgəri qarşısında tir-tir əsir. Sadəcə olaraq əmr elə bir yerdən gəlir ki, onlar çıxılmaz vəziyyətdə qalırlar. Əgər, Paşinyan bu tendensiya ilə davam etsə, biz Kəlbəcər yaxınlığında yerlərin Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Çünki buradan geniş şəkildə təhdid və provakasiyalar var.

Ermənistan tərəfindən delimitasiya və demarkasiya ilə bağlı hər hansı bir addım atılmayıb, əksinə Azərbaycana qarşı tərəfdən atəş edilir. Əgər, əvvəllər Azərbaycana təhdid Qarabağdakı erməni terrorçularından gəlirdisə, bu gün bu təhdid Azərbaycan-Ermənistan arasındakı sərhəddə və digər bölgələrdən gəlir. Azərbaycan tərəfi bu atəşin qarşısını layiqincə alır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə