YAP Şamaxı rayon təşkilatının yeni ərazi partiya təşkilatının təsis yığıncağı keçirilib FOTOLAR

YAP Şamaxı rayon təşkilatı 06.07.2022-ci il tarixində A.Məmmədağa küçəsi 54 ünvanında yerləşən Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialının əməkdaşlarının müraciətini nəzərə alaraq yeni ərazi partiya təşkilatının təsis yığıncağını keçirmişdir. Tədbirə başlamazdan öncə partiyamızın qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhramanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialının direktoru Vüsal Məmmədov filial haqqında məlumat verdikdən sonra sözü YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlıya verdi. Tural Qasımlı bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs etdi. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi yazıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. YAP iqtidar partiyasına çevrilərək Azərbaycanın gələcəyinə hədəflənmiş strategiyanın uğurla həyata keçirilməsinə öz töhfələrini verdi. Son 19 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası daha da inkişaf edir, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirilir.

Tədbirdə çıxışlardan sonra təşkilatı məsələyə baxılıb. Belə ki, xidmətdə çalışan YAP üzvlərinin təklifi ilə 86 saylı ərazi partiya təşkilatına Məmmədov Vüsal Söhrab oğlu sədr və Mirzəyev Xətai Akif oğlu isə sədr müavini seçilmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə