YAP Yasamal rayonu "İnşaatçılar pr.62" ünvanında yerləşən ərazi partiya təşkilatında görüş keçirilib ŞƏRH
YAP Yasamal rayonu "İnşaatçılar pr.62" ünvanında (16 saylı Şəhər Poliklinikası) yerləşən ərazi partiya təşkilatında görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, "İnşaatçılar pr. 62" ünvanında (16 saylı Şəhər Poliklinikası) yerləşən ərazi partiya təşkilatının sədri Mahizər Cəfərova və ərazi partiya təşkilatının üzvləri iştirak etmişdir.
Görüş giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirdi ki, 30 il bundan əvvəl yaradılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. Bu gün də Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə partiyamızın uğurlu siyasi daim dinamik inkişaf edir. Bu inkişafın hərəkətverici qüvvələrindən biri də heç şübhəsiz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə və regionda yaranan reallıqlardır. Sonra çıxış edən "İnşaatçılar pr. 62" ünvanında (16 saylı Şəhər Poliklinikası) yerləşən ərazi partiya təşkilatının sədri Mahizər Cəfərova partiyamızın keçdiyi uğurlu yoldan bəhs edərək bu yolda ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətindən bəhs etdi. Görüşün sonunda "İnşaatçılar pr.62" ünvanında (16 saylı Şəhər Poliklinikası) yerləşən ərazi partiya təşkilatının üzvlərinə gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə