Azərbaycan Ordusu Ermənistanı 44 günə kapitulyasiyaya və məğlubiyyətini etiraf etməyə məcbur etdi ŞƏRH

2020-ci il noyabrın 10-da 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur etdi. Düşmən daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. 30 ilə yaxın gözlədiyimiz tarix 44 gün ərzində Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyib altında Şanlı Azərbaycan Ordusu tərəfindən Zəfər Qələbəmizlə başa çatdı. Azərbaycan bu məsələni sülh yolu iə həll etməyə çalışırdı. Lakin Azərbaycandan fərqli olaraq Beynəlxalq təşkilatlar işğal illəri dövründə Ermənistana qarşı heç bir sanksiyalar tətbiq etmədilər, halbuki Cənab Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə bildirirdi ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və Ermənistanın iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Lakin Azərbaycan onların siyasətə son qoydu, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad edildi.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Amma bu qətnamələr icra edilmədi. Çünki dünyada ikili standartlar hökm sürür. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunduğu halda, Azərbaycana gəldikdə onlar 28 il ərzində kağız üzərində qaldı. Əgər rəşadətli Azərbaycan Ordusu,cəsur azərbaycanlı hərbçilərimiz torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha neçə illər kağız üzərində qalacaqdı.
Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin mənası yoxdur. Ölkəmiz islahatların tərəfdarıdır və bu Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...