Nəsimi rayonunda YAP-ın yeni ərazi partiya təşkilatı təsis edilib - ŞƏRH

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının yaradılmasının 29 illik yubileyi münasibəti ilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı "Rəşid Behbudov 75" ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.Bu münasibətlə keçirilmiş təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiya üzvü Bakı Xoreoqrafiya Akademiyasında tədris şöbəsinin müdiri Yeganə Tapdıqova və digərləri Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiya olmasını bildiriblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində partiyanın mövqeləri çox möhkəmdir. demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır.

Çıxışlardan sonra cari məsələlərə baxılıb. Lalə Hüseynli yekdilliklə "Rəşid Behbudov 75" ərazi partiya təşkilatının sədri, xalq artisti Şahverdiyev Gülməmməd isə sədr müavini seçilib.Sonda partiya sırlarına yeni qəbul edilmiş bir qrup şəxsə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə