Ermənistan məğlubiyyətini etiraf etməyə məcbur oldu

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi tarixə düşən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Bu müddət ərzində Ermənistan, ordusuba şanlı Azərbaycan Ordusu elə bir divan tutdu ki, Ermənistan hələ də bu reallıqla barışa bilmir. Düşmənlərimizin illərlə qurduğu, qürurla öyündükləri "yarılmaz istehkam"lar, "keçilməz sədd"lər, xərclədiyi vəsaitlər və pulsuz aldıqları hərbi texnikalar Azərbaycan ordusunun qarşısında aciz qaldı. Apardığımız haqq mübarizəsində qazanılan parlaq qələbənin memarı isə sözsüz ki, tarix yazan sərkərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Ali Baş Komandanın illər sonra ata vəsiyyətini yerinə yetirməsi bütün Azərbaycanı sözün əsl mənasında özünün layiq olduğu şöhrət zirvəsinə qaldırdı.

Bu müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla yerdə və havada üstünlük qazanan Silahlı Qüvvələrimiz "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəsə və nəhayət, təslim olmağa vadar etdi. İşğal altında olan ərazilərimizin bir hissəsini hərbi yolla, digər hissəsini isə Ermənistan üçün kapitulyasiya aktı kimi dəyərləndirilən 10 noyabr Bəyanatından irəli gələn öhdəlik əsasında azad edildi. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz illərdir davam edən Qarabağ münaqişəsinə son qoydu. Biz bu 44 gün ərzində təkcə Ermənistana qarşı vuruşmadıq. Bu qələbəni təkcə Ermənistan üzərində qazanmadıq, həm də ona havadarlıq edən təxribatçı qüvvələrə, ikili siayəsət aparanlara qarşı qazandıq. Ermənistanı öz əlində alət edən mütəşəkkil dairələr isə məqsədlərinə nail ola bilmədilər. Haqq- ədalət gec-tez öz yerini tapdı. Azərbaycan bu mübarizədə layiqli qələbə qazanaraq həmin mütəşəkkil dairələrə həm də öz mesajını vermiş oldu. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üz-üzə qalan Ermənistanda siyasi və sosial-iqtisadi vəziyyət hər ötən gün daha da gərginləşir.

44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirərək bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaqdır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...