Azərbaycanın zəngin enerji ehtiyatları xalqın rifahına yönəldilib ŞƏRH
Məlum olduğu kimi, Azərbaycan özünün yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Xəzər və Mərkəzi Asiya regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Bu səbəbdən mövcud neft-qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sahəsində ölkəmiz XX əsrin sonu XXI əsrin əvvəllərindən bölgədə əhəmiyyətli dövlətlərdən birinə çevrilmişdir. Burada çox mühüm qlobal səciyyəli neft və qaz ehtiyatları cəmləşmişdir. Bu baxımdan müasir dövrdə region dövlətləri öz iqtisadi inkişafını Xəzər dənizinin neft-qaz potensialı ilə bağlayırlar.
Bölgənin sahib olduğu zəngin neft və təbii qaz yataqlarının dəyərləndirilməsi bölgə ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də SSRİ dağıldıqdan sonra bölgədə müstəqilliyinə qovuşmuş Türk dövlətlərinin SSRİ ilə birlikdə çökən iqtisadiyyatlarını yenidən qura bilmək üçün güclü iqtisadi gəlirə ehtiyacları vardı.
Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması iqtisadiyyatın əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını şərtləndirən və münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası logistikaAnchor sistemlərini daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri yaratmışdır. Qeyd etmək lazımdır ki, nəqiyyat dəhlizləri yalnız iqtisadi artıma və regional inteqrasiyanın inkişafına təsir etmir, həm də inkişaf etməkdə olan ölkələrə beynəlxalq bazara daha çox çıxış əldə etməyə kömək edir. Asiya və Avropa dünyanın iki ən nüfuzlu bölgələri olduğuna görə perspektivdə ümumi Avrasiya bazarının, məhsul və xidmətin sərbəst dövriyyə rejiminin yaranmasının mümkünlüyü ehtimalı günü-gündən artır. Göstərilən regionlar arasında güclənən əlaqələr nəqliyyat dəhlizinin təmin olunması üçün əraziyə tranzit dövlətlərinin daha mükəmməl cəlb olunmasının vacibliyini diqtə edir. Avrasiya ölkələrinin çoxu regionda transkontinental və subregional nəqliyyat dəhizlərinin inkişaf etməsinə xüsusi əhəmiyyət verir, buna görə də ərazilərindən Avropa və Asiya tranzit daşınması həyata keçirəcək ölkələrin nəqliyyat magistrallarının effektli işlənməsi xüsusi diqqət tələb edir. Göründüyü kimi, bu gün Azərbaycanın xarici siyasətində böyük önəm verilən hərtərəfli beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsi nəinki gündəlikdən düşmür, əksinə, daha yeni çalarlar alır, yeni variantlarla zənginləşir. Bu isə ölkəmizin beynəlxalq aləmdə nüfuz və qüdrətinin artmasına, dünya iqtisadiyyatına güclü inteqrasiyasına, eləcə də həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq əhəmiyyətli dəyişikliklərin baş verəcəyinə əminliyinin artmasına və ən əsası müstəqil Azərbaycanın qüdrətlənməsinə növbəti zəmin yaradır.
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşıı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB