“Rusiya ilə Ukrayna arasında vəziyyət gərgin olmaqda davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Onun sözlərinə görə, 2 ay əvvəl gedən intensiv döyüşlərin indi də şahidiyik: “Bundan sonra da müharibənin davam edəcəyi gözləniləndir. Prinsip etibarilə sülhün imzalanması hələ düşünülmür. Çünki tərəflər arasında hələ də heç bir danışıqlar getməyib. Ukraynanın əsas məqsədi ərazi bütövlüyünü təmin etməkdir. Ukraynanın arxasında olan qüvvələr Ukrayna ilə Kiyevin dialoqa girməsini yalnış hesab edir və Zelenskiyə icazə verməyəcəklər. Digər tərəfdən Rusiya da bütün Donbasın azad edilməsini hədəf kimi qarşısına qoyub. Əlbəttə ki, tərəflərin baxış bucağı bir-birindən fərqlidir. Belə olduğu təqdirdə hələ də müharibənin davam etməsi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB