Biz artıq işğaldan azad edilən torpaqlarımızda möhkəmlənmişik - ŞƏRH
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göygöl , Kəlbəcər və Laçın rayonlarına Silahlı Qüvvələr günündə səfər etməsi heç də təsadüfü deyildir. Bu onu göstərir ki, Ölkə Prezidenti Azərbaycanın Müstəqilliyinin və ərazi bütövlüyünün qarantı olan Ordumuza daim həssas münasibət bəsləyir, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsi və eyni zamanda müasir silahlarla təchiz edilməsini daim diqqətdə saxlayır.
Səfər çərçivəsində cənab Prezidentin Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən tunellərin tikintisi, Kəlbəcər- Laçın avtomobil yolunun inşası, Laçın rayonunun “Qorçu” kəndində elektrik yarımstansiyasında görülən işlərlə, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” su elektrik stansiyasının, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin açılışında, Kəlbəcərdə İşğal və Zəfər muzey komplekslərinin, Kəlbəcər rəqəmsal idarəetmə mərkəzinin, “İsti su” mineral su istehsalı zavodunun, İsti su sanatoriyasının təməlqoyma mərasimində iştirak etmiş, inşa edilməkdə olan Çıraq-1 kiçik Su Elektrik Stansiyalarında görülən işlərlə tanış olub.
Cənab Prezident Kəlbəcər rayonunda Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr edilmiş təntənəli mərasimdə iştirak edərək Silahlı Qüvvələrin şəxsi heyətini salamlamış qəhrəman hərbçiləri 26 iyun Silahlı Qüvvələr günü münasibətilə təbrik etmişdir. Açılış zamanı cənab Prezident qeyd etmişdir ki, 6 ay əvvəl Hadrutda birinci Komando hərbi hissəsi istifadəyə verilmişdir. Bu gün isə strateji cəhətdən çox böyük əhəmiyyəti olan Kəlbəcərdə yeni Komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu onu göstərir ki, II Qarabağ Müharibəsindən sonra Ordu quruculuğu prosesi sürətlə gedir. Yeni açılan hərbi hissə lazım olduğu anda qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, sərhədlərimizi və ərazi bütövlüyümüzü qorumağa qadir olan xüsusi hərbi bölümdür. Biz böyük fəxrlə Vətən Müharibəsində qazandıqları möhtəşəm qələbəyə görə Ordumuzla fəxr edirik.
Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra həmişə bütün görüş və tədbirlərdə bu ifadəni vurğulayırdı: “Biz hökmən işğal edilmiş ərazilərimizi azad edəcəyik”. Bəli bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları Ölkə Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli fəaliyyəti, Xalqın yumruq kimi birləşməsi və bu gün yaranmasının 104-illiyini qeyd etdiyimiz Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində həyata keçdi. Bütün Azərbaycan Xalqı qalib ordumuzu Ordu günü münasibətilə təbrik edir, onların arxasında duraraq ölkəmizin Müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında qəhrəman hərbçilərimizə uğurlar diləyir.
Yaşasın Müzəffər Azərbaycan ordusu!
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB