“Müxalifətin fəaliyyəti Azərbaycanın uğurlarına kölgə salmaqdan ibarətdir” AÇIQLAMA

“Müxalifətin fəaliyyəti Azərbaycanın uğurlarına kölgə salmaqdan ibarətdir” AÇIQLAMA

“Müxalifətin fəaliyyəti Azərbaycanın uğurlarına kölgə salmaqdan ibarətdir və bu xüsusda uzun müddətdir ki, fəaliyyət göstərirlər. Lakin heç nəyə nail ola bilmirlər. Çünki xalq iqtidar birliyi özünü göstərir və bu birlik sarsılmazdır, möhkəm dayaqlara əsaslanır”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, ictimai siyasi sabitliyə xələl gətirmək, narahatlıqları nümayiş etdirmək və bununla özünə diqqət cəlb etmək istəyən qüvvələrin də fəaliyyəti aradan qaldırılmalıdır: “Bunun üçün sosial şəbəkələr üzərində olan mənfi tendensiyalar monitorinq edilməlidir. Çünki çox mühüm geosiyasi bölgədə yerləşən Azərbaycanda ictimai siyasi sabitlik möhkəm təməllər üzərində dayanmışdır və siyasi iqtidarın bu istiqamətdə mühüm addımları və qərarları da mövcuddur. Ona görə də, istənilən mənfi ssenari qabaqlanmalı və preventiv tədbirlər gücləndirilməlidir. Düşünürəm ki, bu addımlar tezliklə aradan qaldırılacaq və müxalifətin istəkləri öz nəticəsini verməyəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə