"Azərbaycan, Türkiyə və İran regionun ən güclü dövlətlərindən biridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Tehranda Türkiyə, İran, Azərbaycan xarici işlər nazirləri görüşəcək və görüşün çox böyük əhəmiyyəti var. Bu gün Azərbaycan, Türkiyə və İran regionun ən güclü dövlətlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, əməkdaşlıq üçün çox ciddi və geniş imkanlar var: "Azərbaycan davamlı olaraq altılı və üçlü formatda əməkdaşlığın güclənməsinə səylər göstərir. Bu baxımdan XİN rəhbərlərinin görüşməsi çox önəmlidir. Bu, əlaqələrin və mövcud əməkdaşlıq perspektivinin güclənməsinə öz töhfəsini verəcək".
Deputat sözlərinə belə davam edib: "Bu həm də qarşımızda qoyduğumuz məqsədlərə çatmaq, bölgədə yaratdığımız reallığın gücləndirilməsi üçün də əlavə imkanlar yaradacaq. Bu gün Azərbaycan bu istiqamətdə addımlar atır. Hesab edirəm ki, bu çox önəmli mühüm bir addımdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB