Azərbaycan “COVİD-19”-la mübarizədə öz imzası olan ölkələrdəndir - ŞƏRH
Dünyanın say tərkibinə görə ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına Azərbaycanın bir-birinin ardınca iki dəfə rəhbərlik etməsi ölkəmizin təşkilatda təmsil olunan 120 dövlət tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilməsi və böyük ehtimad göstərilməsi kimi dəyərləndirilməlidir. Cənab Przezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Qoşulmama Hərəkatına rəhbərliyi dövrü qeyd olunan təşkilatın fəaliyyəti dövrün ən məhsuldar dönəmi kimi qiymətləndirilir. Baxmayaraq ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövürdə, bəşəriyyətin bəlasına çevrilmiş, dünyanın ağır nəticələri ilə cənginə almış COVİD-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda təsadüf edirdi.
2011-ci ildə Qoşulmama Hərakatına üzvlüyə qəbul edilən Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə bu təşkilatda özünü təsdiq edə bildi. Azərbaycan Qoşulmama Hərəkatına üzvlüyə qəbul edildiyi ilk dövrdən başlayaraq irəli sürülən bütün təşəbbüslərə fəal qoşularaq qeyd olunan təşkilatının işində yaxından iştrak etmişdir və məhz bu səbəbdən də 2016-cı ildə 120 dövlətin yekdil dəstəyi ilə 2019-2022 – ci illər üçün ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi təsdiq edilmişdir. Təşkilata rəhbərliyi dövründə Azərbaycanın fəallığı , təşəbbüskarlığı nəzərə alınaraq Qoşulmama Hərəkatına daxil olan 120 ölkənin yekdil dəstəyi ilə respublikamız 2023-cü ilin sonuna qədər həmin təşkilata rəhbərliyi uzadıldı.
30 iyun 2022-ci il tarixində Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransının keçirilməsi Azərbaycanın rəhbərliyi dönəminin bu təşkilatın fəal siyasi hadisələrindən biri kimi xarakterizə edilməlidir.
Cənab Prezident Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edərək ötən dövrün hadisələrini xronoloji ardıcıllıqla tədbir iştrakçılarının diqqətinə çatdırdı və bildirdi ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır və əlbətdə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyini qazandığımız yeganə təşəbbüs deyil. Digər önəmli bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada , Bakıda başqa bir önəmli tədbir, Qoşulmama Hərəkatının Gənclər Samiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bunun üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlərin dəstəklədiyi digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Cənab Prezident qeyd etdi ki, “Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.
Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Birləşmiş Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik”. COVİD-19 pandemiyasından əziyyət çəkən iqtisadi cəhətdə az inkişaf etmiş dövlətlərin əhalisinə kömək göstərməklə cənab Prezident İlham Əliyev hümanizm nümunəsi göstərdi.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB