Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri ölkəmizə inamın ifadəsidir ŞƏRH
1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında Qoşulmama Hərəkatının (QH) ideyası formalaşıb. Bandunq Konfransından 6 il sonra, yəni, 1961-ci il sentyabrın 1-dən 6-dək keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Hərəkatın institusional əsası qoyulub. Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşləri qurumun ən ali toplantısı hesab olunur.2011-ci ildən Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunan Azərbaycanla bağlı o zamanlar ölkəmizdə bəzi siyasi skeptiklər bildirirdilər ki, bu təşkilata üzvlüyün Azərbaycana heç bir xeyir verməyəcəyi ilə bağlı mülahizələr irəli sürürdülər. Lakin ölkəmiz isə heç bir hərbi-siyasi bloklara qoşulmamaq və regional siyasətdə balansı qorumaqla bütün oyunçularla bərabərhüquqlu və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri qurmaq tezisini irəli sürdü. Görülən işlər göz qabağındadır. Azərbaycanın Qoşulmama Hərəkatı ailəsinin üzvü olması ilə bağlı Prezident İlham Əliyev bildirmişdir ki, «10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı».
Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlamaları və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilməsi, qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması reallığını təsdiqidir. Prezident İlham Əliyev ötən il iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında videoformatda təqdim olunan çıxışında respublikamızın Qoşulmama Hərəkatında sədrlik fəaliyyətinə yüksək qiymət verilməsindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı”.
Pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. şulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub.
Məsuliyyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəyi dövr üçün geniş, kifayət qədər səmərəli fəaliyyət planı hazırlamışdı. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətdə bütün dünyanı ağuşuna alan, özü ilə bərabər həyatımıza bir sıra çətinliklər gətirən koronavirus pandemiyası qlobal miqyasda çağırışları dəyişdi. Azərbaycan da Qoşulmama Hərəkatına sədrlik fəaliyyətinin yeni çağırışlara adekvatlılığını təmin etməyə çalışır. İndiyədək respublikamız qlobal səciyyə daşıyan pandemiyaya qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan bir sıra təşəbbüslər irəli sürüb. Məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada böyük rezonans doğurdu. Belə ki, əksər qitələrdən olan 150-dən artıq dövlət bu təşəbbüsə dəstəyini bildirdi və Xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində baş tutdu. Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın tarixində ilk dəfə olaraq QH Modeli Beynəlxalq Simulyasiya Təlimi keçirildi.
Bir sözlə, bütün bu faktlar bir daha onu göstərir ki, ənlərdən də göründüyü kimi, Azərbaycan pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Qoşulmama Hərəkatına sədrlik fəaliyyətini uğurla həyata keçirir. Məhz Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciətləri isə dünyada ölkəmizə, onun Liderinə olan böyük inamın və etimadın ifadəsidir. Həmçinin onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan qlobal pandemiya şəraitində yüksək həmrəylik nümunəsi göstərərək Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyon dollar həcmində ianə edib. Bu vəsaitin yarısı məhz Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Bundan başqa, pandemiyaya qarşı milli səviyyədə nümunəvi şəkildə mübarizə aparan respublikamız 30-dan çox dövlətə də dəstək verib. Respublikamızın “peyvənd millətçiliyi”nə qarşı qətiyyətlə mübarizə aparması da Qoşulmama Hərəkatına üzv dövlətlərin mənafelərinə tam uyğundur. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatı adından irəli sürdüyü təşəbbüs BMT-nin İnsan Hüquqları Şurasında dəstəklənib və burada 2021-ci ilin mart ayında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı müvafiq qətnamə qəbul olunub.Və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilən Bakı konfransı ilə Azərbaycan dünyaya öz modelini təqdim etdi. Bu isə dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanın uzun illər beynəlxalq müstəvidə dayanıqlı və etibarlı tərəfdaş qismində çıxış etməsi dünya ölkələri tərəfindən birmənalı şəkildə müsbət qarşılanır. Və bu gün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanıb.Prezident İlham Əliyev Bakı konfransında çıxışı zamanı Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğumuz və fəaliyyət göstərdiyimiz ilk gündən etibarən həmrəylik, qarşılıqlı dəstək və “Bandunq prinsipləri”nin təşviqinə töhfə verdiyimizi xüsusilə vurğulaması Azərbaycanın dünyada qəbul olunan norma və prinsiplərə necə hörmətlə yanaşdığının göstəricisidir. Həmçinin, Qoşulmama Hərəkatının sədri olan ölkəmiz Parlament Şəbəkəsinin Bakı konfransı ilə dünyaya öz modelini təqdim etdi.
Göründüyü kimi, Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması barədə qərarı həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsi oldu. Azərbaycan da öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və QH-yə sədrliyi uğurla davam edir. Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, Qoşulmama Hərəkatındakı birlik qarşıda daha böyük uğurların qazanılmasına kifayət qədər zəmin yaradır.Bəli, bu gün Ona inanırlar və irəli sürdüyü hər bir təklifləri bilavasitə dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il uzadılması təşəbbüsünün irəli sürülməsi amili də bu kimi mühüm, prinsipial gerçəklikləri növbəti dəfə təsdiqləmiş olur.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB