İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır ŞƏRH
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şərqi Zəngəzura növbəti səfəri çərçivəsində gördük ki, həmin ərazilərin yenidən qurulması istiqamətində işlər daha da genişlənir. Bu proses yeni bir mərhələyə qədəm qoymaqdadır. Səfər bu dəfə Göygöl, Kəlbəcər və Laçın rayonlarını əhatə edirdi. Xüsusi bir məqam ondan ibarətdir ki, sərhədlərimizin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Ötən il ilk hərbi birliklərinin formalaşmasını görmüşdük. Burada yeni komando hərbi birliklərinin formalaşmasını müşahidə etdik. Bu proses onu göstərir ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra da hərbi gücümüzü daha da artırmaqla milli təhlükəsizliyimizi, ölkəmizin müstəqilliyini və suverenliyin müdafiəsi istiqamətində mühüm addımlar atır. Belə ki, hərbi birləşmələrimiz, ümumiyyətlə Silahlı Qüvvələrimiz daha da modernləşməkdədir.
Həmçinin Kəlbəcərin baş planının hazır olması, eyni zamanda bir sıra yol-nəqliyyat infrastrukturunun, tunellərin qurulması ön planda idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimində də iştirak etmişdir. 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Qeyd edək ki, Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Qeyd edək ki, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Əlbəttə, bu Kəlbəcər rayonunun iqtisadi potensialının nə qədər yüksək olduğunun göstəricisidir. Eyni zamanda onu da deməliyik ki, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.
İşğaldan azad olunmuş ərazilərimizdə yeni infrastruktur layihələrin həyata keçirilməsi, yeni yüksək gərginlikli elektrik enerji təchizatının həyata keçirilməsi mühüm amillərdəndir. Qeyd edək ki, bu işlər çox ağır şərtlərlə həyata keçirilir. Belə ki, həmin ərazilərin təbii relyefi, yüksək dağlıq ərazi olması, Murov dağı aşırımından tikinti materiallarının daşınması və s. bütün bunlar çətin olsa da, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə nə qədər güclü və qüdrətli olduğunu göstərir. Görülən işlərin hər biri yüksək keyfiyyət və sürətlə həyata keçirilir. Həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Böyük Qayıdışın tərkib hissəsi olaraq Kəlbəcər əhalisinin də doğma vətənə köçürülməsi addım-addım yaxınlaşır. Həçinin burada Zəfər və işğal muzeyinin yaradılması, zavodların, yeni elektrik stansiyalarının qurulması, digər sosial təyinatlı obyeklərin tikintisi bir daha Böyük Qayıdışın tərkib hissəsi kimi qiymətləndirilməlidir. İşğaldan azad olunmuş ərazilərdə bu qədər nəhəng və yenidənqurma işlərinin dünya gözü qarşısında həyat keçirilməsi onu göstərir ki, Azərbaycan güclü liderə malikdir. Dövlət başçımız cənab İlham Əliyev şəxsində və güclü liderin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir.
Fərid Mustafayev
YAP Yasamal rayonu AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB