Regionda aparılan bərpa-quruculuq işləri Azərbaycanın daxili və xarici siyasət strategiyasının əsas prioritetlərindən biridir ŞƏRH
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfər və regionda yaranan reallıqlar kontekstində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Azərbaycan Respublikasının milli maraqlar çərçivəsində xarici və daxili siyasi strategiyasının əsas amillərindən biridir. Bərpa-quruculuq işləri özü də “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən fasiləsiz işlərdə özünü ehtiva edir.
Məlumdur ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Qarabağ bölgəsində bərpa və yenidənqurma işlərinə başlamışdır. Faktiki olaraq postkonflikt ərazilərin bərpası və yenidən qurulması dövlətin strateji hədəfinə çevrilmişdir. Heç təsadüfi deyil ki, "İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" Azərbaycan hökumətinin 2021-2030-cu illər üzrə müəyyən etdiyi beş milli prioritedən biri olaraq qəbul edilmişdir. Eyni zamanda bərpa və yenidənqurmanın institutsional əsasları hazırlanmışdır.
Qeyd etməl lazımdır ki, təqribən 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız öz azadlığına qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işlərinin aparılması geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Cənab Prezident İlham Əliyevin hər dəfə regiona səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olması, müvafiq göstəriş və təkliflərini verməsi burada gedən işlərin nə dərəcə əhəmiyyətli olmasından və ölkə başçısı cənab İlham Əliyevin bərpa-quruculuq işlərini daim diqqətdə saxlaması və ona şəxsən rəhbərlik etməsindən xəbər verir.
Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Şəngəzura hər səfərində infrastruktur layihələri ilə tanış olması və təməlqoyma mərasimlərində iştirakı və çıxışını xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, cari ilin iyun ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri də bu qəbildəndir. Xüsusi olaraq Cənab Prezident İlham Əliyevin 26 iyun tarixində Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirakı və çıxışında bərpa və quruculuq işləri ilə bağlı söylədiyi fikirlər ümumi olaraq qloballaşan dünya üçün bir mesaj, digər tərəfdən regionda dinamik şəkildə gedən quruculuq işlərinin nə dərəcə də əhəmiyyətli olmasından xəbər verir.
Çıxışda Cənab Prezident qeyd etmişdir: ”Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz. Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Məsələn, mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilmişdir. Yəni, bunu biz edirik, biz – bu torpaqların sahibləri. Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir”.Göründüyü kimi müasir Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xalqımıza bəxt etdiyi Şanlı Zəfər, vətənimizin regionda yaratdığı reallıqlar və işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, icra olunan infrastruktur layihələrinin tam surətlə dinamik inkişaf etməsi vətənimizi həm regionda lider ölkəyə çevirib, həm də dünya miqyasında bütün sahələrdə ilk sıralarda əhəmiyyətli dərəcədə mövqe qazanmasını təmin edib.Tam əminliklə deyə bilərik ki, aparılan uğurlu daxili və xarici siyasət strategiyası Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nurlu gələcəyə doğru inamla addımlayır. Vətənimiz dünyada gedən bütün siyasi proseslərdə, həyata keçirilən bütün ictimai-siyasi və siyasi layihələrdə aparıcı mövqeyə sahib olur.
Vasif Nəbiyev
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB