"Saziş ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək" - DEPUTAT AÇIQLADI
"Azərbaycan növbəti dəfə çox böyük beynəlxalq tədbirə ev sahibliyi edir. Qoşulmama Hərəkatının parlamentlər şəbəkəsinin Bakı konfransı artıq 30 iyun tarixindən rəsmi olaraq öz işinə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında saziş imzalandı: "Belə bir sazişin imzalanması ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Hər iki ölkənin media qurumları qarşı tərəfin maraqlarına, təhlükəsizliyinə zidd məlumat yaymaqdan çəkinəcəklər. Bu gün Azərbaycan Rusiya ilə əlaqələrin inkişaf etməsində maraqlıdır. Bu əlaqələrin inkişafı üçün davamlı olaraq addımlar atılır. Hesab edirəm ki, bu həmçinin hər iki ölkənin informasiya mühitinə təhdidlərin qarşısının alınmasında öz ciddi töhfəsini verəcək".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB