Azərbaycan dövlətinin və xalqının qurub-yaratmaq əzmi güclüdür ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 iyun 2022-ci il tarixində Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Cənab Prezident səfər çərçivəsində bir çox infrastruktur layihələrinin icrası ilə tanış olmuş, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib. Ali Baş Komandan İlham Əliyev 26 iyun Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Bu tədbirin böyük rəmzi mənası vardır. Ali Baş Komandan İlham Əliyevin ən çətin coğrafi relyefə malik Kəlbəcər və Laçın rayonlarına səfər edərək hərbçilərlə birlikdə olması, onlara göstərilən qayğının, dəstəyin bariz nümunəsidir. Cənab Prezident təntənəli mərasimdə çıxış etmişdir. Dövlətimizin başçısı öz çıxışında bir çox məsələlərə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, “Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, ikinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək gücündə,iqtidarındadır”. İşğalçı Ermənistana və onların havadarlarına “Bu gün bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır, müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək” deyən Ali Baş Komandan İlham Əliyev: biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq mesajını verdi.

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bütün bu tikinti-quruculuq layihələrinin uğurla reallaşdırılması xüsusi diqqət çəkib. İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayanıb: işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir. Azərbaycan xalqı və dövləti isə bu gün Qarabağ və Şərqi Zəngəzuru yenidən bərpa etməklə qurub-yara­dan xalq olduğunu dünyaya bir daha sübut edir. Torpaqlarımızın işğaldan azad olunandan dərhal sonra tamamilə dağılmış min kvadratkilometrlərlə əraziyə yeni həyat verilməsi, gülüsta­na çevrilməsi də məhz bunun parlaq ifadəsidir.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...