Komando hərbi hissələrinin yaradılması, Azərbaycan Ordusunu daha da qüdrətli edir ŞƏRH

Ölkə başçısı, cənab Prezindent İlham Əliyevin ölkəmizin rayonlarına hər bir səfəri xoş bir ənənə halını alan və mühüm əhəmiyyət kəsb edən hadisə kimi tarixə həkk olur. İyun ayınn 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük strateji əhəmiyyətə malik Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri Günündə Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etməsi ölkə başçısının ordumuza olan diqqətinin və gecə-gündüz xalqımızın rifahı üçün yorulmadan çalışmasının göstəricisidir. Səfər çərçivəsində Azərbaycan lideri bir sıra açılışlar edib, bərpa-quruculuq və tikinti işləri ilə yaxından tanış olub. Ali Baş Komandan cənab İlham Əliyev Kəlbəcərdə Müdafiə Nazirliyinin Komando hərbi hissəsinin açılışında iştirak və çıxış edib: “Cənab Prezidentimiz çıxışı zamanı Azərbaycanın sülhsevər və humanist dövlət olduğunu bildirərək, rəsmi Bakının ölkəmizin maraqlarının təmin olunması və müharibə nəticəsində yaranmış yeni mövcud reallıqların hamı tərəfindən qəbul edilməsi istəyini xüsusi vurğuladı.” Eyni zamanda Kəlbəcərə səfəri zamanı dövlət başçısı cənab İlham Əliyevə Kəlbəcərin baş planı təqdim olundu. Əminliklə demək olarki, cənab prezident İlham Əliyevin rəhbərliyi altında ən qısa zaman ərzində Kəlbəcər də daxil olmaqla işğaldan azad olunmuş digər ərazilər regionun ən gözəl və inkşaf etmiş rayonlarından birinə çevriləcək: Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sürətli-bərpa quruculuq işləri Azərbaycan dövlətinin qüdrətinin və ölkə başçısı, cənab Prezident İlham Əliyevin iradəsinin göstəricisidir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifədə etdi. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan ermənistanın bir milyard dollar dəyərində hərbi texnikası məhv edildi. Bu möhtəşəm qələbədən sonra Bakıda Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı yaradıldı. Bura gələn hər bir şəxs Silahlı Qüvvələrimizin gücünə bir daha şahid olur. Bu parkda toplanan texnika Ermənistanın acınacaqlı məğlubiyyətini nümayiş etdirir. Burada nümayiş olunan texnika məhv edilmiş və qənimət kimi götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldı. Şəhidlərimizin, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq. Ordumuzun arsenalında olan müasir silahlar, xüsusilə də müharibə günlərində “Qarabağ səmasının qartalı” adlandırılan, erməni hədəflərini məhv edən “Bayraktar TB2“ PUA-ları qələbədə mühüm rol oynadı. Azərbaycan pilotsuz uçuş aparatlarının erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər münaqişədə üstünlüyün vizual rəmzlərindən birinə çevrildi. Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi düşmən mövqelərini, pilotsuz aparatların kameraları ilə obyektivə alınan videoları və ya “kamikadze dronları” tərəfindən ötürülən kadrları yayımladıqca, bu dronların hədəfi atəş açmadan, ona çırpılmaq yolu ilə məhv etdiyini göstərən səhnələri nümayiş etdirdikcə modern təchizat və döyüş üsullarının həlledici amil olduğunu hamı görürdü. Bu gün sərhədlərimizin toxunulmazlığını təmin etmək üçün komando tipli hərbi hissələrin yaradılması bizdə böyük əminlik və qürur hissi yaradır.

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkliatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə